Məhbus
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- "Başını dik tut" - deyə cəllad ilgəyi məhbusun boynuna keçirdi. Stanislav Eji Lets
- Bir milləti məhbus etmək istəsəniz, onun musiqisini çürüdün. Konfutsi
- Bizim surətimizi tullantılardan çıxarıblar. Narkomanlardan, fahişələrdən, əyyaşlardan, avaralardan. Ola bilsin ki, bəzilərini məhbuslardan, ağlı başında olan məhbuslardan. Kazuo İşiquro
D
redaktə- Düşmənin ölkəsini əhatə edib fəth etdiyin zaman asayiş və təhlükəsizlik işlərində oranın həbsxanalarındakı məhbusları vəzifələndir. Onların ürəkləri ağrılıdır. Zülmə keçid verməzlər. Sədi Şirazi
İ
redaktə- İki şeyə haqqım olduğuna qərar verdim: Azadlıq və ölüm. Birinə sahib ola bilməsəm, o birini istiyərəm, çünki heç kim məni canlı məhbus edə bilməz. Harriet Tabmen
- İnsan əvvəlcə Allahın əsiri idi. Zəncirlərini qırdı. Sonra padşahların əsiri oldu. Yenə zəncirlərini qırdı. Artıq heç kim məhbus olmamalıdır. Ayn Rand
Q
redaktə- Qadın qaladı, kişi məhbus. Kürd atalar sözləri
S
redaktə- Səfeh yuxulu, xəyal edən məhbusa bənzəyir. Müdrik isə əksinə, öz qandalını görən, onların cingiltisini eşidən ayıq məhbusa oxşayır. Qaçmaq üçün o bu ayıqlığından istifadə edirmi? Artur Şopenhauer
- ... Siz öz illüziyalara dair baxışınızı mənimkilərlə qarışdırmayın. Siz dini illüziyaları var gücünüzlə müdafiə etməlisiniz. Əgər bu səhv fikirlərinizdən zərrə qədər şübhələnsəniz - bu, çox yüksək ehtimaldır - onda bütün həyatınız alt-üst olar. Bu zaman ümidsizliyə qapılmaqdan başqa çarəniz qalmaz. Sivilizasiyadan, bəşərin gələcəyindən, bir sözlə, hər şeydən ümidinizi üzərsiniz. Mənsə sizin kimi məhbus deyiləm. Mən və mənimkimilər azaddır. Çünki biz uşaqlıq arzularımızın çox önəmli bir hissəsindən imtina etməyə hər an hazırıq. Məhz buna görə də bəslədiyimiz ümidlərin illüziyaya çevrilməsinə asanlıqla dözürük. Ziqmund Freyd
V
redaktə- Vəziyyətimiz əksinə olsaydı, nə edərdiniz? Sənin məhbusun olsaydım. Alp Arslan