Normal
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bəzilərinin yalnız normal olmaq üçün nə böyük səy göstərdiyini kimsə fərq etmir. Alber Kamyu
Ə
redaktə- Əgər fiziki işlərlə məşğul olsanız və normal rejimə əməl etsəniz, müxtəlif xəstəliklərdə dərman qəbul etməyə ehtiyac qalmaz. İbn Sina
F
redaktə- Fəlakət vaxtları, gerçəkləri olduğu kimi fərq etməyini təmin edər. Həyat hər zaman kövrəkdir; hər kəs daima təhlükə içindədir. Sadəcə olaraq normal zamanlarda ölü kimi yatdığın üçün bunu görməzsən. Yuxu görməyə, gələcək günlər üçün, gələcək üçün gözəl şeylər xəyal etməyə davam edərsən. Lakin təhlükənin yaxın olduğu anlarda, birdən, gələcəyin olmaya biləcəyini, sahib olduğun yeganə anın bu olduğunu fərq edərsən. Buna görə də, fəlakət zamanları son dərəcə açıqlayıcıdır; dünyaya yeni heç bir şey gətirməz; sadəcə dünyanı olduğu kimi fərq etməyini təmin edər. Səni oyandırar. Bunu anlamasan, ağlını itirə bilərsən; əgər anlasan, oyana bilərsən. Oşo
H
redaktə- Hər bir insan özünün varlığını ətrafa bəyan etmək üçün daima diqqət mərkəzində qalmaq istəyir, bu çox normal bir düşüncədir, hətta uşaqlar belə onlara diqqət və qayğı göstərilməyəndə ağlayır, qışqırır ən son halda haranısa bulayır, nəyisə sındırırlar. Çünki əlindən başqa bir iş gəlmir, varlığını göstərmək üçün əlindən başqa bir şey gəlmir. Əgər bir qadının vücud gözəlliyindən başqa heçnəyi yoxdursa, ən son halda varlığını bədənini göstərməklə isbat etməyə çalışacaq. Ona görə də qadınlar maariflənməli, təhsil almalı və özlərininin varlıqlarını isbat etmək üçün yeni bacarıqlarını kəşf etməlidirlər. Düşüncə gözəlliyi olan qadın bədən gözəlliyini nümayiş etdirməyə çalışmır. Əli Şəriəti
- Hər bir normal insan əslində nisbi şəkildə normaldır. Belə ki, normal insanın eqosu bəzən psixozlu xəstənin səviyyəsinə az-çox yaxınlaşır. Ziqmund Freyd
- Hər bir normal insan əslində yalnız qismən normaldır. Ziqmund Freyd
- Hər birimiz bu və ya digər vaxtda normal insandan çıxarılmış surət olduğumuzdan, hardasa böyük dünyada yəqin ki, orijinallarımız var və yaşayır. Deməli, nəzəri də olsa ehtimal var ki, öz orijinalımızı tapa bilərik. Bu səbəbdən bizlərdən kimsə bayıra çıxan kimi küçədə, ticarət mərkəzlərində, yol qırağı kafelərdə oxşarlıq -özü və dostları üçün “mümkün mən” tapmaq üçün insanlara diqqətlə baxırdı. Kazuo İşiquro
- Həyəcanlanmış atom öz artıq enerjisini şüalandıraraq yenidən normal vəziyyətə keçdiyi kimi, ilhamlanmış sənətkar da bu ilhamın, hiss-həyəcanın daşıdığı enerjini öz yaradıcılığı ilə "şüalandıraraq" "normal” vəziyyətə keçir. Tur Xander
K
redaktə- Kitabsız insanın həyatı boşdur. Kitab nəinki dostumuz, həm də daimi və əbədi yoldaşımızdır. Kitabsız mənim üçün normal insan həyatı yoxdur.[1] Demyan Bednı
M
redaktə- Mən istəmirəm və inanmaq istəmirəm ki, pislik insanların normal halları olsun. Fyodor Dostoyevski
- Mən özümü incəsənətlə nizama salır və bunu normal insanlara da yoluxdururam. Salvador Dali
N
redaktə- Nəyin bahasına olursa-olsun öz normal çəkini saxla. Çox yemə! Fyodor Uqlov
S
redaktə- Sən həmişə tələsirsən, tələsməsən belə normal söhbət üçün çox yorğunsan. Və tezliklə çox saatlıq iş, ezamiyyətlər, fasilələrlə yuxu, bunların hamısı sənin daxilinə nüfuz edir, sənin bir hissən olur və bunu hamı görür, gözlərindən, qamətindən, yerişindən, danışıq tərzindən. Kazuo İşiquro
U
redaktə- Unutmayın! Biri bunu bilənə qədər bir yaxşı və normal bir ailəyik. Homer Simpson
- Uşağı düzgün və normal tərbiyə etmək işindən çox asandır. Anton Makarenko
V
redaktə- - Vatson, elə ağaclar var ki, onlar müəyyən hündürlüyə çatana qədər normal boy atırlar. Sonra gözlənilmədən aşkar olunur ki, inkişaf mərhələsində normadan eybəcər kənara çıxmalar olub. Bu hal insanlarda da tez-tez müşahidə olunur. Artur Konan Doyl
İstinadlar
redaktə- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.