Okean
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bədii dil yazıçı istedadının aynasıdır. Sənətdə istedad - yalnız insana, heyvana, bitkiyə deyil, daşa, torpağa, qumlu çöllərə, okeanı yerindən oynadan fırtınalara da can, ruh verməkdir. İlyas Əfəndiyev
- Biliksiz adam okeanda azan yelkənsiz gəmiyə bənzər: ya sahilə çırpılıb parçalanar, ya tufana düşüb batar. Pifaqor
D
redaktə- Daşqınlar zamanı okean sahillərindən çıxır, amma yaxşı insanlar heç vaxt özlərini itirmirlər. Çanakya
E
redaktə- Elm hüdudsuz bir okeandır, mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik. İsaak Nyuton
İ
redaktə- İqlim dəyişikliyi, şübhəsiz ki, bu əsrin ən dağıdıcı ekoloji problemi, daşqınlar, quraqlıqlar, şiddətli fırtınalar, qasırğalar, ərimələr, orta dəniz səviyyəsindəki artım, okean turşusu və istilik dalğalarıdır və bunlar hamısı bizi vuran qlobal böhranların təsirini daha da artırır... Gəlin səbəbdən danışaq, məsuliyyətdən yayınmayaq, bu problemin dərinliyindən qaçmayaq, səbəb şübhəsiz ki, bütün bu fəlakətli panoramanın mövzusuna qayıdıram dağıdıcı metabolik kapital sistemi və onun təcəssüm etdirilmiş modeli: kapitalizm Uqo Çaves
- İnsan okeanda ölməz, gedib bir qaşıq sevdada boğular. Camal Sürəya
M
redaktə- Mən divarlara, arakəsmələrə dözə bilmirəm. Bütün yeri əhatə edən səma, maneə görməyən külək, sahilləri yuyan okean - budur ideal. Mahatma Qandi
- Mən dünyada kimi təmsil etdiyimi bilmirəm. Özümü həmişə dəniz sahilində gah hamar daşlar, gah qeyri-adi gözəl balıqqulağı taparkən əylənən oğlan uşağı kimi hiss edirəm, qarşımda isə həqiqətin sirli okeanı uzanıb gedir. İsaak Nyuton
O
redaktə- "Okean hissi" adlandırdığımız sonsuzluq hissinin gələcəkdə din ilə əlaqələndiriləcəyini görə bilirəm. "Okean hissi"nin əsasını təşkil edən "Kainatla bir olma və onunla birləşmə" hissi dinin insanlara verdiyi təskinlik və təsəllilərə çox oxşayır. Başqa sözlə, bu hiss eqoizmin xarici aləmdə gördüyü və özünə təhdid kimi qəbul etdiyi təhlükələr qarşısında yeni yollar axtarmasıdır.[1] Ziqmund Freyd
- Okean yağan yağışla daşmadığı, alim heç vaxt nail olduğu ilə sakitləşmədiyi, hökmdar heç vaxt toplanmış gəlirlərdən məmnun qalmadığı kimi, aşiqlərə də bir baxış bəs etməz. Çanakya
- Okeanda olduğu kimi, hadisə və mahiyyət (ideya) dünyasında da qabarma və çəkilmələr bir-birini növbə ilə əvəz edir. Tur Xander
- Okeanlar yeri əhatə edib qoruduğu və ya biz evimizi qoruduğumuz kimi, hökmdar da dövləti, xarakter isə qadını qorumalıdır. Çanakya
S
redaktə- Sahili gözdən itirməyə cəsarət etmədikcə insan, yeni okeanlar kəşf edə bilməz. Andre Jid
- Sevgi! Bu mənada nə qədər hüdudsuzluq var! Bir göz yaşında necə okean! Bir baxışda necə səma! Bir nəfəs almada necə tufan! Bir toxunuşda necə ildırım! Bir anda necə əbədilik! Anatol Frans
T
redaktə- Tamahkar insanın ürəyi yağış gözləyən okeana bənzəyir. Pyer Büast