A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • And olsun on iki imama. Andlar
  • Ədalət”ə daxil olan növlərin miqdarı on ikidir: birinci-sədaqət, ikinci-ülfət, üçüncü-vəfa, dördüncü-şəfəqqət, beşinci-rəhmdillik, altıncı-mükafat, yeddinci-ortaqlığın hüsnü, səkkizinci-hökmün hüsnü, doqquzuncu-hörmət, onuncu-təslim, on birinci-təvəkkül, on ikinci-ibarət. Nəsirəddin Tusi
  • Gündə səkkiz saat sədaqətlə işləməklə siz nəhayət patron ola və gündə on iki saat işləyə bilərsiniz. Robert Li Frost
  • “İffət”ə daxil olan növlərin sayı on ikidir: birinci, həya, ikinci, həlimlik, üçüncü, səmimiyyət, dördüncü, dinclik, beşinci, pəhriz, altıncı, səbir, yeddinci, qənaət, səkkizinci, vüqar, doqquzuncu, ehtiyat, onuncu, nizam, on birinci, hürriyət, on ikinci, səxavət. Nəsirəddin Tusi
  • İsa biznesin ən aşağı səviyyəsindən on iki nəfəri götürdü və onlardan dünyanı fəth edən bir təşkilat yaratdı. Brus Barton
  • Komitə - bir nəfərin işini görən on iki adamdır. Con F. Kennedi
  • On iki dildə “yox” deyə bilərəm. Bir qadın üçün bu kifayətdir. Sofi Loren
  • Nə üçün işlədiyini bilmədən gündə on iki saat işləyən adam üçün mümkün ləyaqət, real həyat yoxdur. Andre Malro
  • Sultan [Heydər] bu yuxunu gördükdən sonra başına şadimanlıq papağı qoyub o vaxtlarda dəbdə olan "Türkman papağı"nı on iki zolaqlı "Heydər papağı" ("tərəke-Heydəri") ilə əvəz etdi. Onun arxasınca gedən və ona itaət edən adamlar da o həzrətin əqidəsinə tabe (eqteda) oldular və bu xanədanın bütün üzvləri həmin dəyərli papağı başlarına qoymaqla başqa adamlardan seçildilər. Elə buna görə də, o şanşöhrətli adamlar "qızılbaş" ifadəsi ilə məşhur oldular. İsgəndər bəy Münşi
    • Dünyanı bəzəyən Abbasın tarixi kitabından. [1]
  • Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir."[2] İmam Həsən
  • Tarixin on iki böyük insanlarından on biri hansısa böyük işlərin nümayəndələri idilər. Fridrix Nitsşe

İstinadlar

redaktə
  1. İsgəndər bəy Münşi Türkman. "Dünyanı bəzəyən Abbasın tarixi" ("Tarixe aləmaraye Abbasi"). Bakı. "Şərq-Qərb". 2010. ISBN 978-9952-34-620-6 səh.70.
  2. Vəsailuş-Şiə, c. 16, səh.539, hədis 1