Belə bir qəribə fakt mövcuddur: bizim üçün çox əhəmiyyətli ola biləcək, Kainatın sirrlərini açmağa köməyi dəyəcək və həyatın verdiyi dərdlərin öhdəsindən gəlməyimizi təmin edəcək biliklər mədəni dəyərlərimizin arxa plana atdığı biliklərin arasında ön sıralardadır. Bunlar digərlərinə nisbətən doğruluğu ən az isbatlanmış biliklərdir. Ziqmund Freyd
Bir bina tikintisində işləyən bir işçi olaraq ya bütöv planı bilmir, ya da həmişə aydın şəkildə təsəvvür etmir, buna görə həyatının fərdi günlərinə və saatlarına xidmət edən bir insan, ümumi bir fikrə sahib deyil. Artur Şopenhauer
Bu gün həyata keçirilən yaxşı bir plan, sabah həyata keçiriləcək mükəmməl bir plandan daha yaxşıdır. Corc Patton
Çox böyük bir çətinliyin ruhda əmələ gətirdiyi gərginlikdir ki insanda plan qurma qabiliyyətinə ən maksimum səviyyədə hərəkətə keçirib o anda çətinlikdən çıxmağa və rahatliq əldə etməyə səbəbiyyət verir. Alfred Adler
Gözləmək. Sevginin mənə öyrətdiyi ilk dərs. Günlər çox ləng keçir, biz minlərlə plan qururuq, xəyali söhbətlər edirik, özümüzə söz veririk ki, bu cür və bu cür vəziyyətlərdə özümüzü tamam fərqli aparaq - heç cür rahatlıq bilmirik, sevgilimizin gələcəyi anı səbirsizliklə gözləyirik. Paulo Koelyo
İnsan bütün həyatı boyu nə qədər əmək, nə qədər bilik sərf edir. Nə üçün? Təbiətin heç bir plan və çertyoj olmadan yarada bildiyinin zəif bir oxşarını yaratmaq üçün!.. Jül Vern
İnsanın nəyəsə nail olmasının üç yolu var: planlaşdırma, işləmək, dua etmək.Corc Patton
Nazir düşmənlərlə bağlı strateji plan təklif etməyi, öz işlərində sürətli addımlar atmağı, dostlarının uğurlarına sevinməyi və dövlət işlərində cəsarətlə davranmağı bacarmalıdır. Çanakya