Roman
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bəzən sən belə "vay be!" deyərsən özünə; Tək sətirlik adamları necə roman etmişəm könülümə. Yılmaz Ərdoğan
E
redaktə- Eşq qadının həyatında bir romandır, kişidə isə tək bir hissədir. Konfutsi
Ə
redaktə- Əslində hər insan bir romandır və bir az qəhrəmandır. Gün gələr anlar ki, xərclədiyi tək şey xəyalları deyil, zamandır. Çingiz Aytmatov
F
redaktə- Fəxr edirəm ki, Azərbaycanın hər yerində olduğu kimi, mən burada da öz əsərlərimi görürəm. Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binaları, yollar, körpülərdir, su hövzələri, su kəmərləridir. Heydər Əliyev
- Filosoflar üçün metafizik sistemlər qadınlar üçün roman kimi bir şeydir. Volter
H
redaktəN
redaktə- Nəfəs kəsən bir roman yazdım. Bütün oxucularım öldü. Cem Yılmaz
R
redaktə- Roman- böyük yolla getdiyin güzgüdür. O gah göy qübbəsini, ya da çirkli gölməçələri və çala-çuxurları əks etdirir. Stendal
- Roman həyatın arxasındadır. Əhməd Hamdi Tanpınar
- Roman yazmaq üçün üç qayda var. Bədbəxtlikdən, bu qaydaların nədən ibarət olduqları heç kəsə məlum deyil. Uilyam Somerset Moem
- Romantizm xalqlara adət və inanclarının hazırkı vəziyyətini nəzərə alaraq ən böyük zövq verə biləcək bir ədəbi əsər vermək sənətidir. Stendal
S
redaktə- Sevgi romanları toyla bitir və məncə ondan sonra danışmağa heç nə qalmır. Marqarita de Blessinqton
T
redaktə- Tarix — hadisələrin romanı, roman isə hüsslərin tarixidir. Klod Adrian Helvetsi
Y
redaktə- Yaxşı bir roman bizə qəhrəmanının gerçəklərini, pis bir romansa yazar haqqındakı gerçəkləri danışar. Gilbert Çesterton
- Yaxşı yazılmış tarixi romanlar tarix kurslarından daha əhəmiyyətlidir. Onore de Balzak