Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld
Ey gördüyü gözələ ilişib qalan adam! Onun surətini görür, mənasından, yəni, əxlaqının gözəlmi, çirkinmi olduğundan qafil olursan. Əgər ağıllı bir adamsansa sədəfdəki incini tap. Mövlana Cəlaləddin Rumi
Həqiqət elm təhsil etməyi başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini nurlandırmaqdan başqa otağın da içinə daxil olub orada olan şeyləri artıq işıqlandırıb bir qeyri surətə salır. Həsən bəy Zərdabi
Hər birimiz bu və ya digər vaxtda normal insandan çıxarılmış surət olduğumuzdan, hardasa böyük dünyada yəqin ki, orijinallarımız var və yaşayır. Deməli, nəzəri də olsa ehtimal var ki, öz orijinalımızı tapa bilərik. Bu səbəbdən bizlərdən kimsə bayıra çıxan kimi küçədə, ticarət mərkəzlərində, yol qırağı kafelərdə oxşarlıq -özü və dostları üçün “mümkün mən” tapmaq üçün insanlara diqqətlə baxırdı. Kazuo İşiquro
Həyatın ən erkən illərinin hadisələri yetkinlik yaşında xatırlanması üçün ruhumuzda çox nadir hallarda dərin iz buraxır. Adətən, belə hadisələr dumanlı, aydın olmayan nizamsız xatirəyə- kiçik sevinclərin və ağlasığmaz əzabların dumanlı surətinə çevrilirlər. Edqar Allan Po
Həyatını o surətlə idarə etməlisən ki, ölülər diyarında Tanrının önündə bəxtiyar ola biləsin. Misir atalar sözləri
Yaxşı heykəl yaratmaq üçün qədimi əsərlərinin surətini deyil; ilk əvvəl təbiətin əsərlərinə baxmaq, klassiklərdə isə onların təbiəti izah etdiyi metodu görmək lazımdır. Oqust Rodin
Aysedora Dunkan Ogüst Roden tərəfindən sitatın söylənildiyini bildirmişdir. Sitat Con Ernest Krouford Flitçin "Müasir rəqslər və rəqqaslar" (1912) kitabında qeyd olunmuşdur.