Tüfəng



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağızdan çıxan sözü, yaydan çıxan oxu, tüfəngdən çıxan gülləni geri qaytara bilməzsən. Kəlilə və Dimnə
  • Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir. Hüseyn Cavid
  • Döyüşdə tüfəng necə lazımdırsa, ictimai həyatda, bütün həyatın yeni qayda ilə təşkil edilməsində bilik də eləcə lazımdır. Nadejda Krupskaya
  • Əgər səhnədə kimsə atəş açmağı nəzərdə tutmursa, doldurulmuş tüfəngi səhnəyə çıxarmaq olmaz. Anton Çexov
  • Əsgərin silahı tüfəng olduğu kimi, dil də ədəbiyyatçının silahıdır. Silah nə qədər yaxşı olarsa, döyüşçü də bir o qədər güclü olar. Maksim Qorki
  • Heç bir millət qılınc və tüfəng ilə qabağa getməyibdir. Hansı millət ki, qabağa gedib tərəqqi edibdir ancaq elmin gücünə xoşbəxt olubdur. Amma o millət ki, ümidini qılınca bağlayıb, həmişə zəlalətdə bulunubdur. Hənuz zəlalətdə qalmış millətlərdən biri dəbizim müsəlman millətidir. Nəriman Nərimanov
  • Hər səs bir tüfəng kimidir; faydası istifadəçinin xarakterinə bağlıdır. Teodor Ruzvelt
  • Ölüm haradan və necə gəlirsə gəlsin... Döyüş şüarlarımız qulaqdan qulağa yayılacaqsa və silahlarımız əldən ələ keçəcəksə və başqaları top-tüfəng səsləriylə, döyüş və zəfər nərələriylə cənazələrimizə ağı deyəcəklərsə ölüm xoş gəldi, səfa gəldi... Ernesto Çe Gevara
  • 3-cü Ordunun geri çəkilən hissələrinin ön hissəsində, Xan Naxçıvanskinin süvari korpusu Vistula çayı xəttinə yaxınlaşdı və piyada birləşmələrinin gözü qarşısında, Alman artilleriya, pulemyot və tüfəng atəşinin qasırğası altında düşmənə hücum etdi. Hücuma tələsən süvarilərin görünməsi nəinki piyada birləşmələrində ruh yüksəkliyini qaldırdı,yaralılar da ayağa qalxdı və süvarilər ilə düşmənə tərəf qaçmağa hazır oldular[1]
    • Hərbi tarixçi A. A. Qordeyev

İstinadlar

redaktə
  1. Гордеев А. А. История казаков. Великая война 1914—1918 гг. Отречение государя. Временное правительство и анархия. Гражданская война. - М.: Страстной бульвар, 1993. Летние операции 1915 года на Русском фронте.