Tısbağa
Tısbağalar (lat. Testudines) — Xordalılar tipinin onurğalılar yarımtipinin sürünənlər sinfinə aid dəstə. Su tısbağalarının ayaq pəncələrində barmaqlarının arasında pərdə vardır. Bu, suda üzməyi asanlaşdırır, sürəti artırır. Bu pərdə quru tısbağalarında olmur.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adam adama gərəkdi, tosbağaya xanəsi. Azərbaycan atalar sözləri/A
- Ağrımız artıq əvvəlki kimi zavallı olmasın, bir başqa cür olsun. Ağrımız kərtənkələnin, tısbağanın ağrısına bənzəyirdi. Andrey Platonov
D
redaktə- Düşmənlər sizin zəif tərəflərinizi bilməməli, siz isə onların zəif tərəflərini bilməlisiniz. Tısbağa pəncəsini çanağına çəkib düşməni seyr etdiyi kimi, siz də öz niyyətlərinizi gizlətməlisiniz. Çanakya
E
redaktə- Ehtiyatlı olmaq gözəl bir şeydir, lakin bilmək lazımdır ki, hətta tısbağa belə irəli getməyi üçün başını möhkəm çanağının içindən çıxartmaq məcburiyyəti qarşısındadır. Rövşən Abdullaoğlu
Ə
redaktə- Əyri ağaca tısbağa da dırmaşar. İndoneziya atalar sözləri
H
redaktə- Heç kim hökmdarın sirlərinə bələd olmamalı, əksinə, hökmdarın özü başqalarının sirlərini öyrənməyə səy göstərməlidir. Tısbağa ayaqlarını çanağının içində gizlətdiyi kimi, hökmdar da sirlərini başqalarından gizlətməlidir. Çanakya/Hökmdar
S
redaktə- Soruşanda ki, kimin başı qəşəngdir - tısbağa da başını çıxartdı. Adıgey atalar sözləri
T
redaktə- Tısbağa suda da üzsə, sahildəki yumurtasını gözdən qoymur. Benqal atalar sözləri