A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld
  • Çox vaxt elə olur ki, faktlar nəzəriyyəni təkzib edir. Jül Vern
  • Dini doqma həmişə yalnız filosoflar tərəfindən təkzib ediləndə təhlükəsiz olur. Kainatın bütün akademikləri xalqın inancında heç nə dəyişə bilməz. Volter
  • Əgər nisbilik nəzəriyyəsi təsdiqlənərsə, onda almanlar mənim alman, fransızlar isə dünya vətəndaşı olduğumu deyəcəklər; əgər mənim nəzəriyyəm təkzib olunarsa, fransızlar məni alman, almanlar isə yəhudi elan edəcəklər. Albert Eynşteyn
  • Heç kimin fikirlərinə iddia etməyin. Siz anlamalısınız ki, əgər insanların inandıqları bütün cəfəngiyatları təkzib etmək istəsəniz, siz Mafusail yaşına (969 il) çatar, amma onların axırına çıxa bilməzsiniz. Artur Şopenhauer
  • Həqiqi görünən şeylərə şübhə etməməliyik...buna baxmayaraq, bizdən aydın olması tələb olunan fikirlərimizin təkzib olunmaması üçün bunu danılmaz bir həqiqət hesab etməməliyik. Rene Dekart
  • Həqiqinin müdafiəsi üçün dəlillər ağla yalanın təkzib edilməsi kimi asan gəlmir. Mark Tulli Siseron
  • İctimai rəy elə bir məhkəmə instansiyasıdır ki, ağlı başında olan adam nə onun hökmlərinə kor-koranə inanmalıdır, nə də birdəfəlik təkzib etməlidir. Nikola Şamfor
  • Mən heç vaxt istisnalar etmirəm. İstisnalar qaydanı təkzib edir. Artur Konan Doyl
  • Məni tonqalda yandırmaq söylədiyim həqiqəti təkzib edə bilmək deyil. Cordano Bruno
  • Reallıq — baş verənlərin variantlarından biridir və mən onu heç cür təkzib edə bilmərəm. Leonard Koen
  • Susmaq təkzib edilməsi mümkün olmayan dəlildir. Henrix Böll

İstinadlar

redaktə