A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir adamı səhər görsəm təsadüf olaraq qəbul edərəm, günorta eyni adamı bir daha görsəm şübhələnərəm. Axşam qarşılaşdığımızda tərəddüdsüz silahımı çəkib vuraram. Təsadüflərə inanmam. Al Kaponi
  • Bir az gözüaçıqlılıq, bir az dərrakə, bir az uğur - zaman və təsadüf- məsələni əsasən həll edən budur. Teodor Drayzer
  • Dünyada təsadüf yoxdur, bu dünyada hər şey ya sınaqdır, ya cəzadır, ya mükafatdır, ya da vəhydir. [1] Volter
  • Həqiqətən bu dil öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi formalara düşmə bacarığına malik olmaqla öz xüsusiyyətləri ilə fəxr edə bilər. Bu xüsusiyyətlər öz mahiyyətinə görə çox maraqlıdır... Buradakı xüsusiyyətlərə bənzər hadisələrə hər hansı bir başqa dildə az təsadüf etmək olar. Sultan Məcid Qənizadə
  • Hər təsadüf bir başlanğıcdır. Finalda həmişə baş rolda sənsən. Pərdələri isə tale bağlayır. Bob Marli
  • Həyat, başlanğıcsız və sonsuzdur. Bizi qoruyan isə təsadüfdür. Aleksandr Blok
  • Həyat qısa, elm geniş, təsadüf etibarsız, təcrübə yanıldıcı, mühakimə çətindir. Latın atalar sözləri
  • Həyatda var olmağımızı sadəcə bir təsadüfdür. Qısa və mənasız saniyələrdən zövq alıb diqqətimizi dağıdırıq sadəcə. Bu dünyada qısa müddətlik varlıqlar olduğumuzu unutmağımız üçün diqqəti dağıtmaq lazımdır. Həyatla bacarmağın başqa yolu yoxdur. Məsələn, eşq diqqəti dağıtmağın ən yaxşı yollarından biridir. İşləmək də o cümlədən. Vudi Allen
  • İnsan irili-xırdalı bütün işləri təsadüflərlə, yaxud bizə təsadüf kimi görünən şeylərlə idarə olunur, Artur Konan Doyl
  • İrəliyə baxaraq nöqtələri birləşdirə bilməzsiniz; bunu yalnız geriyə baxaraq edə bilərsiniz. Buna görə nöqtələrin gələcəkdə hansısa bir yolla birləşəcəyinə güvənməlisiniz. İstəsəniz qismət deyin, istəsəniz təsadüf, nəticədə bir şeyə güvənməlisiniz. Bu yanaşma məni heç bir zaman yarı yolda qoymadı. Həyatımın dəyişməsi bununla bağlı idi. Stiv Cobs
  • Sənət gözümüzün həqiqətlə qamaşmasıdır. Arxaya qaçan, az təsadüf olunan, maskalar taxan bir işıqdır həqiqət. Başqa heç nə deyil. Frans Kafka
  • Təsadüf deyə bir şey yoxdur. Təsadüf yalanı deyə bir şey vardır. V — Vendetta deməkdir (film)
  • Təsadüf qədər ağıla və qaydaya ziddiyyət təşkil edən ikinci bir şey ola bilməz. Mark Tulli Siseron
  • Təsadüfi və sərbəst surətdə baş verəcək şeyləri Allahın özü də bilməz. Yox, əgər bilərsə, bu baş verəcək müəyyən bir şeydir. Əgər müəyyən olan baş verəcəksə, bu artıq təsadüf deyildir. Mark Tulli Siseron

İstinadlar

redaktə
  1. Xəzinə. Bakı, 1997. səh.9