Təzahür
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allahın çox təyinatı var. Çünki, Allahın təzahürünün sayı-hesabı yoxdur. Mahatma Qandi
D
redaktə- Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir. Humboldt
E
redaktə- Eybəcər sifətə adət etmək və uyğunlaşmaq olar, çünki o həmişə eyni cür təzahür edir; eybəcər mənəviyyata isə uyğunlaşmaq olmur, çünki o həmişə müxtəlif formalarda təzahür edir. Əbu Turxan
Ə
redaktə- Əgər bizim düzgün bir nəzəriyyəmiz varsa, ancaq onun haqqında yalvarırıqsa, onu ört-basdır edirik və praktikada tətbiq etmiriksə, bu nəzəriyyə nə qədər yaxşı olsa da, heç bir əhəmiyyət kəsb etmir. Bilik təcrübədən başlayır, nəzəri biliklər təcrübə ilə əldə edilir və sonra təcrübəyə qayıtmalıdır. Biliyin aktiv funksiyası təkcə qavrayışdan rasional biliyə aktiv sıçrayışda təzahür etmir, həm də - bu daha vacibdir - o, rasional bilikdən inqilabi təcrübəyə sıçrayışda özünü göstərməlidir. Dünya qanunlarını qavrayan biliklər dünyanı dəyişdirmək təcrübəsinə yönləndirilməli, istehsal praktikasında, inqilabi sinfi mübarizə və inqilabi milli mübarizə praktikasında və elmi təcrübə təcrübəsində yenidən tətbiq edilməlidir. Mao Tszedun
- Əsl ağıl yalnız çətin anlarda təzahür edir. Çanakya
G
redaktə- Göz yaşları iztirabın səssiz təzahürüdür. Volter
H
redaktə- Həqiqi din əslində çox vaxt insani keyfiyyət kimi təzahür edir. Əbu Turxan
- Həqiqi iman, ibadətgahlarda adət və ənənələrdə təzahür edən, lakin ürəklərdə gizlənmiş, əməllərdə yetişmiş möhtəşəm bir iman deyil. Qautama Budda
X
redaktə- Xarici gözəllik o zaman daha cazibədar olur ki, daxili gözəlliyi təzahür etdirir. Uilyam Şekspir
İ
redaktə- İdealımızı təzahür etdirən hər bir şey bizi heyran qoyur. Nikolay Çernışevski
- İfadə edilməmiş hisslər heç vaxt ölmür; sadəcə, diri-diri basdırılır və sonradan daha qorxunc şəkildə təzahür edirlər. Ziqmund Freyd
- İnsan həyatında elm ən vacib, ən gözəl və ən zəruri bir şeydir. O, sevginin ali təzahürü olmuş və daima olacaq. İnsan yalnız onun köməyi ilə təbiətə və özünə qalib gələcək. Anton Çexov
- İnsanın mahiyyəti onun arzularında təzahür edir. [1] Benedikt Spinoza
K
redaktə- Kitablar cansız əşyalara tamamilə aid edilə bilməz: onlarda həyat gücü var və bu güc həmin kitabları yaratmış ruhun özü kimi təzahür və hərəkət edir. Con Milton
M
redaktə- Mənim üçün "Allah" sözü yalnız insan zəifliyinin təzahürü və məhsuludur, İncil isə hörmətli, lakin yenə də uşaqlıqdan bəhs edən ibtidai əfsanələr toplusudur. Heç bir, hətta ən mürəkkəb şərh belə mənim fikrimi dəyişə bilməz. Albert Eynşteyn
S
redaktə- Sadəlik - insanın öz təbii keyfiyyətlərini heç bir rəng qatılmadan tam dolğunluğunda təzahür etdirmək mədəniyyəti, qarşısındakını yetərincə dəyərləndirmək bacarığı, əxlaqın istedadıdır. Rahid Ulusel
- Sağlam adamın özünü əməkdən azad etməsi cinayətdir, insan öz ləyaqətini əməklə təzahür etdirə bilər. Lev Tolstoy
- Susmaq insanın daxili vəziyyətinin təzahürüdür. Romano Qvardini
Ş
redaktə- Şeir insan duyğularının zahirə təzahürünü təmin edən bir yoldur. İmmanuel Kant
- Şiddət təkcə insanlığın ən yüksək fiziki deyil, həm də mənəvi qüvvələrinin təzahürüdür. Per Laqerkvist
Y
redaktə- Yaşaya biləcəyimiz ən gözəl şey sirli olandır. O, bütün həqiqi sənət və elmin mənbəyidir. Heç vaxt bu hissi yaşamayan, düşünməyən insan ölü bir insana bənzəyir və onun gözləri bağlıdır. Həyatın sirrini başa düşmək, qorxu ilə birlikdə olsa da, dinin yaranmasına səbəb oldu. Bizim üçün keçilməz olanın həqiqətən mövcud olduğunu bilmək, özünü ən yüksək müdriklik və ən parlaq gözəllik kimi təzahür etdirərək, bizim sönük qabiliyyətlərimizin yalnız ən ibtidai formalarında dərk edə biləcəyini bilmək - bu bilik, bu hiss həqiqi dindarlığın mərkəzindədir. Albert Eynşteyn
Z
redaktə- Zəif təbiətli insan kənardan güc, cəsarət və qətiyyətin təzahürü kimi görünən hər şeyə heç vaxt müqavimət göstərə bilməz. Ürəyin səbirsizliyi. (Stefan Sveyq)