A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Abır, insanın öz əməllərinə bəşər tarixinin vəsiyyət etdiyi ali vicdanın tələblərinə uyğun əməl etmək bacarığıdır. Saltıkov-Şedrin
  • İnqilabdan ancaq o adam xeyir götürəcəkdir ki, onda səbir olsun, sizə vəsiyyət edirəm. Nəriman Nərimanov
  • Qədim müdriklik o qədər aforizmlər vəsiyyət edib ki, onlardan möhkəm bir daş divar yaranıb. Saltıkov-Şedrin
  • Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: ana dilimizi; vicdanımızı; Vətənimizi.
  • Sizə beş şeyi vəsiyyət edirəm:

Heç biriniz Rəbbinizdən başqa bir kimsədən şey ummasın; Günahınızdan başqa bir şeydən qorxmayın, “bilmirəm” deməkdən utanmayın; bilmədiyiniz bir şeyi öyrənməkdən çəkinməyin. Səbr edin, çünki səbr imanla müqayisədə bədəndəki baş kimidir. Başı olmayan bədəndə xeyir yoxdur. Səbr tükəndikdə isə imandan xeyir gəlməz. Həzrəti Əli

Vəsiyyətnamə

redaktə

1. Yüksək vəzifəyə layiq görmədiyiniz şəxsi həm özünüzü, həm də başqalarını aldadıb böyük tarixi şəxsiyyət fərz etməyin. Çünki, bu cür etsəniz öz təcrübəm əsasında deyirəm – öz başınıza bəla gətirərsiniz.

2. Əgər təzə təşkil edəcəyiniz məmləkətin əsasları köhnədirsə, labüd olaraq inqilabdan keçərək bir milli hökumət təşkil edin.

3. Siyasi nəzəriyyələr meydanında nə qədər bacarırsınız, fikir atınızı oynadın. Amma bu at oynatmaq irançılıq çərçivəsindən kənara çıxmamalıdır.

4. Siyasət meydanında nə qədər mühafizəkar olsanız da, orta yol seçin və ya həddə artıq qızğın olmayın, bir-birinizi ittiham etməyin!..

5. Əgər nazir olsanız və ya İranda təzə yüksək vəzifəyə çatsanız, öz hərəkətlərinizdə mülahizəli olun. Elə etməyin ki, sizin məlumat və üzrxahlığınız məmləkətə və onun azadlığına xələl gətirsin.

6. Əgər millət vəkili olsanız, öz vəzifənizi bilin və heç vaxt ondan kənara çıxmayın...

7. Əgər Allah eləməsin, çətinliyə düşüb gözlədiyinizin əksinə olaraq jurnalist olsanız, ən azı sərxoş halda heç bir şey yazmayın, yoxsa öz milli mətbuatımızın bədnam olmağına bais olacaqsınız.

8. İdarəyə və ya Milli Məclisə vəkillər seçilən zaman elə adamı seçin ki, onun özünün müstəqil fikri olsun, vicdanla rəy versin. Gözləməsin ki, görək filankəs nə rəy verəcək, mən də onun əksinə rəy verim.

9. Əgər bir hadisə zamanı siz öz millətinizə layiqli xidmət etsəniz və məşhur qəhrəman olsanız çalışın ki, hərəkətləriniz ad-sanınıza uyğun olsun. Belə olmazsa, sabah xidmətiniz bir qara qəpiyə dəyməz.

10. Öz çalışqanlığınıza görə bir yerə hakim təyin olunsanız, elə etməyin ki, sizə baxıb zalımlara rəhmət oxusunlar... [2] Məhəmməd Əmin Rəsulzadə

  • Yalnız bəzi yəhudi tələbələrin gözündə ağıllı, hiyləgər və ya hətta dəli bir bəla parlayırdı. Ancaq bu, fərdin vəsiyyət etdiyi və risk etmədən əldə etdiyi bütün xalqın kədəri idi. Jozef Rot

İstinadlar

redaktə
  1. Azadlıq Radiosu: Mirzə Xəzər. Ramiz Mehdiyevin səhvi
  2. İrane-nou|İrane-nou - (Yeni İran) qəzeti, 1910, 17 may, №206.