Vətəndaşlıq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir gün hamımız azad olacağıq. İrqi nifrət yox olacaq; vətəndaşlıq vacib olacaq, amma bütövlükdə insanlıq daha çox olacaq. Sərhədlər və ərazilər insanın düşüncəsində öz layiqli yerini tutacaq, lakin xoşməramlılıq və beynəlxalq anlayış daha çox əhəmiyyət kəsb edəcək. Dini fərqliliklər və məzhəb nifrətləri sonda yox olmalıdır... Alisa Beyli
- Böyük türk milləti! On beş ildir boynumuza götürdüyümüz işlərdə uğur vəd edən bir çox söz eşitmisiniz. Xoşbəxtlikdən millətimin mənə olan inamını sarsıdan heç bir sözümü qaçırmadım. Bu gün eyni inam və möhkəmliklə deyirəm ki, bütün mədəni dünya bir daha bütünlüklə milli ideala doğru addımlayan türk millətinin böyük bir millət olduğunu bir daha tanıyacaq. Şübhə etmirəm ki, unudulmuş mədəni xüsusiyyətlər və türklüyün böyük vətəndaşlıq qabiliyyəti gələcək inkişafı ilə yüksək sivilizasiyanın üfüqündə yeni bir günəş kimi yüksələcəkdir. Türk milləti! Bu böyük milli bayramı əbədiyyətə tökülən hər on ildə daha böyük şərəf, xoşbəxtlik, əmin-amanlıq və firavanlıqla qeyd etməyinizi ürəkdən ümid edirəm. Nə mutlu türkəm deyənə! Mustafa Kamal Atatürk
- 29 oktyabr 1933-cü ildə 10-cu il nitqi
- Bu qəddar və amansız soyqırım aktı insanlıq tarixinə ən dəhşətli terror aktlarından biri kimi daxil oldu... Bu gün Azərbaycan xalqı və hakimiyyəti qarşısında dünya dövlətlərinə, parlamentlərinə və ictimaiyyətinə Xocalı soyqırımı və ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında bütün həqiqəti çatdırmaq vəzifəsi durur. Bu bizim Xocalı soyqırımının qurbanları qarşısında vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, bu faciənin beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının cəzalandırılması ümumilikdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların bir daha təkrar olunmamasının vacib şərtidir. Heydər Əliyev
Ə
redaktə- Əsgər ordudur. Heç bir ordu əsgərlərindən yaxşı deyil. Əsgər həm də vətəndaşıdır. Əslində vətəndaşlıq vəzifəsi və ən yüksək imtiyaz öz ölkələri üçün silah gəzdirməkdir. Corc Patton
H
redaktə- Hazırkı şəraitdə nəciblik fəlsəfəsini şərtləndirən, daxili saflıq, müdriklik, əxlaqi kamillik və bütövlük kimi mənəvi dəyərlərə çağırmaq ciddi yazıçılıq və vətəndaşlıq işidir.[1] İsa Həbibbəyli
- Həmrəylik vəzifədir. Bu vəzifəni icra etməyənlər ölkə vətəndaşlığını itirirlər.[2] Əhməd bəy Ağaoğlu
X
redaktə- Xəlil Rza bir vətəndaş, bir insan kimi bütün xüsusiyyətləri ilə həmişə seçilmişdir. Mən daim onun yaradıcılığına, insanlığına, vətəndaşlığına, ən çox cəsurluğuna, əyilməzliyinə öz ideyalarından dönməzliyinə hörmət etmişəm, onu yüksək qiymətləndirmişəm... Güman edirəm ki, Xəlil Rzanın parlaq həyatı, onun böyük vətəndaşlığı, milli azadlıq uğrunda mübarizliyi bütün azərbaycanlılar üçün nümunə olacaqdır. Heydər Əliyev
- Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şeirlərini dinləməkdən belə qorxanların sayı minmin idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər. Sabir Rüstəmxanlı
İ
redaktə- İnsanları ali məktəblərə qəbul edilməsi ilə deyil, vətəndaşlıq dəyəri ilə ölçün. Əjdər Ağayev
R
redaktə- Respublikamızın çox güclü müəllim ordusu var. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır. Heydər Əliyev
Ş
redaktə- Şərəf hissindən ilham aalan, vətəndaşlıq borcunun nə olduğunu bilən və onu vicdanla yerinə yetirən, dərdin də, sevincin də nə olduğunu yaxşı anlayan və məhz buna görə də təhlükələrdən qorxub çəkinməyənlər güçlü vətəndaşlardır. Perikl
T
redaktə- Təbiətin başqa sahələrində olduğu kimi, insanın da arzu və istəklərini müşahidə edən böyüdücü şüşə olsaydı, o zaman bir sıra insanların fiziki qüsurlara görə dar vətəndaşlıq sferasında və qanunların dar çərçivəsində boğulmağa məcbur olduğunu, nəhayət, onların cəmiyyətdə qorxunc tənhalıqla üzbəüz qaldığını görəndə adam istər-istəməz dəhşətə gəlməyə bilməzdi... Fridrix Şiller
Ü
redaktə- Üç yüz ildən sonra bizə güləcəklər! Deyəcəklər ki, necə də qəribə insanlar yaşayırmış. Bəziləri deyəcəklər ki, onların pulu, pasportları varmış. Hansısa vətəndaşlıq vəziyyəti aktları, yaşayış sahəsinin kvadrat metri... Mixail Zoşşenko
V
redaktə- Vətən yoxdur: vətəndaşlıq vətənpərvərlikdən aşağıdırsa. Rahid Ulusel
- Vətəndaşlıq milli mənsubiyyətlə müəyyən olunmur. Heydər Əliyev
- Vətəndaşlıq üçün Vətən sevgisi hələ yetərli deyil; bunun üçün dövlətçilik şüuru da tələb olunur. Tur Xander
İstinadlar
redaktə- ↑ Hüseyn İbrahimov – 90 Şəxsiyyətin və sənətin vəhdəti. "Ədəbiyyat" qəzeti, 2009, 12 iyun, s.3
- ↑ "Sərbəst insanlar ölkəsində" kitabından səhifə 190