- Adamı vəzifə böyüdüb şərəfli edə bilməz, bəlkə admına görə vəzifə böyük və şərəfli hesab edilir. Əbdürrəhman Cami
- Ananın məsuliyyəti böyük, vəzifələri müqəddəsdir. Dmitri Pisarev
- Aparıcı alimlərə vəzifə artımını onların gözlədiyi vaxtdan tez verin. Ceyms Uotson
- Bаşçı hеç vаxt üstünlüklərin qаyğısınа qаlmаmаlıdır, həmişə birinci yеrdə məsuliyyət оlmаlıdır. Yаlnız üstünlüklərə görə vəzifə аxtаrmаyаn bаşçı hörmətə lаyiq оlur. Atilla
- Biz həyatın tək standartı olan müqəddəs, imtina edilməz vəzifə fikirinə inanırıq. Cüzeppe Madzini
- Ey Türk Gəncliyi! Birinci vəzifən, Türk istiqlalını, Türk Respublikasını, əbədi, mühafizə və müdafiə etməkdir. Mustafa Kamal Atatürk
- Hər kəs milli vəzifəsini və məsuliyyətini bilməli, dövlət məsələləri üzərində o düşüncəylə, düşünüb vəzifə əldə etməlidir. Mustafa Kamal Atatürk
- İnsanların şəxsiyyətləri güc və vəzifə zamanı ortaya çıxar. Avraam Linkoln
- Sivilizasiyanın inkişafında ən böyük vəzifə, qadınların üstündədir. Ralf Uold Emerson
- Vəzifə duyğusu, ən böyük tərbiyəçi gücdür. Albert Şveytser
- Vəzifə həmişə bizimlədir; dahası bizə hər dəfə boş bir fərd olmağı qadağan etmişdir. Albert Payk
- Vəzifə maqnit, dost-tanış, qohum-əqraba isə dəmir qırıntılarıdır. Elman Həbib
- Vəzifə verirlər, sonra iş axtarırlar... Xudu Məmmədov
- Vəzifən çətin, yükün ağırdır, oğul! Xidmətdə birinci, mükafatda sonuncu ol. Vəzifənin çətinindən qaçma. Vəzifənin çətinliyi Yaradanın qullarına lütfüdür. Şeyx Ədabali