Almaniya vətənimizdir və vahid bir Avropa gələcəyimizdir.Helmut Kol
Aşiqliyin zirvəsində “mən” və obyekt arasında sərhədlərin pozulma təhlükəsi yaranır. Sağlam düşüncənin əksinə olaraq, aşiq iddia edir ki, "mən" və “sən” – vahid bir varlıqdır və özünü elə aparır ki, guya, əslində belədir. Ziqmund Freyd
Dünya vahid bir ideyanın təcəssümü olmasaydı, bu qədər bütöv və ahəngdar olmazdı. Əbu Turxan
Dünya nizamı özünün ölçüyəgəlməz möhtəşəmliyi, hər yerdən parlayan sonsuz rəngarəngliyi və gözəlliyi ilə bizi səssiz təəccübə gətirir. Əbədi və ciddi nizama müvafiq olaraq vahid ümumi qanundan necə gözəlliklərin, necə möhtəşəmliyin çıxdığını görəndə isə ağıl bir başqa cür heyrətlənir. İmmanuel Kant
İnsan, Kainat adlandırdığımız, zaman və məkanla məhdudlaşırılan vahidin bir hissəsidir. O özünü, düşüncələrini və hisslərini bütün dünyadan ayrı hiss edir. Bu isə optik bir illüziyadır. Bu illüziya arzularımızı, bizə yaxın olan insanlara bağlılığımızı məhdudlaşdıran bir zindana çevrilib. Bizim vəzifəmiz hər bir canlıya, bütün dünyaya qədər iştirak dairəmizi genişləndirmək və bu həbsxanadan azad olmaqdır. Heç kim belə bir işi sona qədər başa çatdıra bilməz, ancaq bu məqsədə çatmaq üçün edilən cəhdlər azad olmanın bir hissəsi və daxili inamın əsasıdır. Albert Eynşteyn
İradə və hərəkətimizdə sərbəst olsaq da, biz birik və göydəki ulduzlar kimi bir-birimizə qırılmaz tellərlə bağlıyıq. Bu tellər görünmür, amma biz onu hiss edirik. Mən barmağımı kəsirəm və barmağımdan qan axır: bu barmaq mənim bir hissəmdir. Mən dostumun ağrısını görürəm və bu ağrı mənə də təsir edir. Biz dostumla vahid bir varlığıq. Mən bütün kainatda ən az yazığım gəldiyi məğlub düşməni seyr edəndə belə kədərlənirəm. Məgər bu, bizim hamımızın bütöv bir vahidin hissəcikləri olduğumuza sübut deyilmi? Nikola Tesla
Ölüm bizim hamımızı barışdıracaq. O biri dünyada biz yenidən bir-birimizə qardaş olacağıq. Ümid edirəm ki, hər cür partiya nümayəndəsi, hər cür əqidə sahibi cənnətə düşəcək və orada nə xürafat, nə şübhələr olacaq və bizim hamımız vahid bir fikirə malik olacağıq.Daniel Defo