Xahiş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar... Heydər Əliyev/Təhsil
D
redaktə- Dostluq elə bir müqəddəs, şirin, möhkəm və daimi bir hisdir ki, əgər pul borc almağı xahiş etməyə cəhd etməsən, onu bütün ömrü boyu saxlamaq olar [[[Mark Tven]]
Ə
redaktə- Əgər düşmən xahiş edirsə, rədd eləmə, amma ehtiyatı unutma. Epikür
- Əgər iki dost sizdən xahiş etsə ki, onların münaqişəsini həll edəsiniz, razılaşmayın, bu halda siz bir dost qazanmaq şansını əldən verəcəksiniz. Amma iki yad adam eyni xahişi sizdən etsə, razılaşın, bu halda yeni dost qazanacaqsınız. Müqəddəs Oqastin
- Əgər insanlardan nə istədiklərini soruşsaydım, onlar daha tez qaçan at xahiş edərdilər. Henri Ford
H
redaktə- Hansısa bir müəllif yazdığı faciəni Volterə təqdim edib ona faciə barədə fikrini bildirməyi xahiş edir. Volter əlyazmanı oxuyub belə cavab verir: “Belə bir faciə yazmaq çətin deyil. Çətinlik, müəllifə nə cavab verilməsindədir”. Volter
- Heç vaxt heç nə xahiş etməyin. Heç vaxt və heç nə! Xüsusən də sizdən güclü olanlardan. Özləri təklif edəcək və özləri hər şeyi verəcəklər. Mixail Bulqakov
- Hərbi əsir- səni öldürmək istəyən, amma nail olmayan, sonra səndən onu öldürməməyi xahiş edən adamdır. Uinston Çörçill
X
redaktə- Xahiş daim isti, təşəkkür daim soyuqdur. Alman atalar sözləri
- Xahiş edildikdə güzəştə gedən qadınlar xahiş edilməmişdən qabaq güzəştə gedən qadınlardan bir baş ucadır. Daniel Defo
- Xahiş edirəm mənə xoşbəxt bir insan göstər, mən də sənə eqoizm, pislik və cəhalət göstərim. Qrem Qrin
- Xahiş etməyi yox, təəssürat yaratmağı bacarmaq lazımdır. Gi de Mopasson
- Xatirələr şairdir, xahiş edirəm onları tarixçi etməyin. Paul Geraldi
İ
redaktə- İnsanlar sizdən onları tənqid etmənizi xahiş edərlər, amma qəlblərində istədikləri yalnız tərifdir. Uilyam Somerset Moem
N
redaktə- Nəyisə edirsən, xüsusi bir səbəb olmadan, edirsən, vəssalam. Ona görə edirsən ki, güldürmək, həyəcanlandırmaq, diqqət cəlb etmək istəyirsən. Sonra səndən hərəkətini izah etməyi xahiş edəndə, o sənə mənasız gəlir. Kazuo İşiquro
O
redaktə- O adamdan xahiş elə ki, imkanı var. İndoneziya atalar sözləri
S
redaktə- Səndən xahiş etməyənə qədər heç kəsə məsləhət vermə. Alman atalar sözləri