Xaraba
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Abad evlər gülüyəm, xaraba evlər bayquşu. Azərbaycan atalar sözləri/A
- Abad yerin bülbülü, xarabanın bayquşu. Azərbaycan atalar sözləri/A
- Ayını, meymunu və farsı şəhərə buraxsan, xaraba qalacaq. Talış atalar sözləri
D
redaktə- Dünya elə bir yurddur ki, xaraba qalması, yox olması, əhlinin isə onu atıb getməsi, köçüb itməsi labüddür. Çox şirindir, təravətlidir, amma istəyəndən tez qaçıb gedər. Bəsirət gözüylə ona baxan varlığından şübhəyə düşər. Ən gözəl, ən xeyirli bir azuqəylə köçüb gedin oradan. Kifayət edəcək şeydən artığını istəməyin, sizi aparacaq şeydən artığını diləməyin ondan. Əli
Ə
redaktə- Ərəblər bizim minillik səltənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır.[1] Mirzə Fətəli Axundov
X
redaktə- Xaraba şəhərə qala nə lazım. Azərbaycan atalar sözləri/X
- Xarabadan tüstü çıxmaz. Azərbaycan atalar sözləri/X
Ö
redaktə- Ölkə abad ikən dəyirman xaraba idi. Azərbaycan atalar sözləri/Ö
V
redaktə- Vətən sevgisi olmasaydı, pis ölkələr xaraba qalardı. Ərəb atalar sözləri
Z
redaktə- Zalımların evləri xarabadır. Ərəb atalar sözləri