Yalançı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıllı, amma yalançı olmaqdansa, sadə və namuslu olmaq yaxşıdır. Sofokl
B
redaktə- Bəlkə də yalançı dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün. Viktor Hüqo
- Bu yalançı dünyada həqiqət pafosu haradan gəlir? Əxlaqdan… Yunanların fəlsəfə ilə baş qatmaları çox qəribədir. Gözəl yalan məşğuliyyəti. Lakin ondan da qəribə olan insanların həqiqət pafosunun dalınca düşməsidir. Platon dialektikanın hər şeyə hakim olduğu yeni bir dövlət arzulayır. O, gözəl yalanlar mədəniyyətini rədd edir. Fridrix Nitsşe
D
redaktə- Dil yalançı olunca, lal olsa yaxşıdır. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
H
redaktə- Həmişə qorxarıq təklikdən; amma bil ki təksənsə, yalançı yoldaşların, ikiüzlü dostların və gedəcək bir sevgilin olmaz. Duqlas Noel Adams
- Hər şeyə baxanda məni kifayət qədər ciddi qəbul edirlər. Təsəvvür edin ki, belə də ola bilərdi və heç mənə fikir vermədilər. Bir Amerika burjua sözü var: “Pis reklam yoxdur!”. Doğrudan da, belə hücumlar mənim üçün son dərəcə xoşagəlməzdir. Həm də hədələyici zənglər və məktublar, kitab çıxandan sonra aldığım xəbərlər də mənim üçün xoşagəlməzdir. Amma belə kitab yazan insan hər şeyə hazır olmalıdır. Kimisə bu qədər qəzəbləndirəcəyimi düşünməzdim. Və kitabın bu qədər yaxşı satılacağını ağlıma belə gətirmirdim. Hətta ön sözdə yazıram ki, təəssüf ki, çox az adam oxuyacaq. İnsanların məni əclaf və yalançı adlandırması məni çox narahat edir. Tənqidçilərimin çoxu kitabı ümumiyyətlə oxumayıb. Amma ən qəribəsi odur ki, mən həmişə fələstinli dostlarımı İsraili tarixi fakt kimi qəbul etməyə inandırmağa çalışdığım halda, məni İsrail dövlətinin məhvinə çağırmaqda ittiham edirlər. Zamanı geri qaytarmaq olmaz. Siyasi məsələlərə həsr olunmuş son fəsilləri də məhz buna görə əlavə etdim - anlaşılmazlıq olmasın. Mən təklif edərdim ki, bu fəsillər yazılmasaydı, Kiminsə mənim İsraili məhv etməyə çağırdığımı düşünməsi tamamilə məntiqli olardı. Amma iki dövlət prinsipi haqqında ən sadə ivrit dilində danışdıqdan sonra İsraili məhv etməyə çağırdığımı iddia etmək... artıq istənilən çərçivədən kənara çıxır. Mən əsrlər boyu təqiblərə məruz qalmış yəhudilərin nəslindənəm və bu mənada şikayət edəcəyim bir şey yoxdur. Şlomo Zand
- Hətta bir yalançı da həqiqəti deməyə qorxur. Necə ki, vicdanlı adam yalan danışmaqdan əzab çəkir. Uilyam Folkner
İ
redaktə- İndi əlimdə bir bıçaq - "Sevdiyin qədər sevilərsən" deyən yalançı şairi axtarıram. Kiçik İsgəndər
M
redaktə- Mən heç də bu gerçək və fani dünyanın təzadlarını dilə gətirmirəm: Bizim bu dünyada yalnız bir dünyamız var: yalançı, amansız, keşməkeşli, işvəkar, mənasız bir dünya. Belə qurulmuş bir dünya bizim gerçək dünyamızdır. Yalansız bu reallıq, bu “həqiqət” üzərində qələbə çalmaq qeyri-mümkündür.Fridrix Nitsşe
- Mən yalançı doğulmuşam. Federiko Fellini
N
redaktə- Necə olur ki, bir yalançı yanlışı bizə həqiqət kimi sırıyır? Ağlının gücü hesabına. Fridrix Nitsşe
- Nə üçün şairlərin yalan danışdıqlarını deyirdin?” “Nə üçün?” – deyə Zərdüşt soruşdu. – “Sən hələ soruşursan da? Mən “nə üçün”, “niyə” suallarına cavab verməkdən xoşlanan adam deyiləm. Yadındadırmı, bir dəfə Zərdüşt sənə nə demişdi! Demişdimi ki, şairlərin dilinə düz söz gəlmir?.. Axı Zərdüşt özü də şair tayfasındandır. Sən elə bilirsən ki, o bunu deməklə həqiqəti söyləyirdi? Niyə belə fikirləşirsən? Amma orası da var ki, kimsə bütün ciddiyyəti ilə şairlərin yalançı olduqlarını deyir: o düzünü deyir. Bizim gün-güzaranımız yalan danışmaqla keçir. Biz çox az bilirik və bilmədiklərimizi öyrənməyə çox az səy edirik: ona görə də yalan danışmağa məcburuq. Fridrix Nitsşe
S
redaktə- “Sən yalan deməməlisən”: düzgünlük tələb olunur. Lakin məhz gerçək olanın etirafı (aldadılmamaq ideyası) yalançılarda həmişə daha güclü olmuşdur: məhz onlar bu populyar “həqiqinin” gerçək olmadığını daha yaxşı dərk etmişlər… (Yalan həmişə güclünün yol yoldaşı olur. Lakin burası da var ki, yalan danışmaq o qədər də asan başa gəlmir) Fridrix Nitsşe
T
redaktə- Türklər yalançı və ikiüzlü deyillər. Döyüşdə şərəfli ölməyi şərəfsiz yaşamaqdan üstün tuturlar. Corc Bayron
Ü
redaktə- Üç növ yalançı var: xam yalançı, and içən yalançı və heç vaxt yalan söyləmədiyini iddia edən yalançı. Nikola Şamfor
Y
redaktə- Yalançı, bacaları qarardan his kimi, insanın içini də qarardır. Aleksandr Puşkin
- Yalançı deyil, gerçək filosoflar şəhər-şəhər gəzərək bu keçici dünya insanlarının yaşayışını yüksəklərdən seyr etdikləri zaman məlumatsız xalqın gözündə başqa qəliblərə girərlər. Bəzilərinə görə bir dəyərləri yoxdur. Bəzilərinə görə də bir dünyaya əvəzdirlər. Onlara bəzən sofist, bəzən də dövlət adamı deyərlər; kimi zamanlarda da bir çoxlarına bütün bütünə dəli görünərlər. Platon
- Yalançı dəniz dibində də gizlənə bilməz. Osetin atalar sözləri
- Yalançı qeyri-həqiqini həqiqi kimi göstərməyə çalışır, bu o deməkdir ki, o, insanlar arasındakı mövcud konvensiyanı pozur. Fridrix Nitsşe
- Yalançı şəxsin rəhm və mürvəti olmaz. İmam Əli
- Yalançını kor da görür. Osetin atalar sözləri