Bir xeyir görərkən yardım edin, bir şər görərkən qoyub gedin. Çünki Rəsulullah (s) buyurmuşdur: Ey Adəm oğlu, xeyir iş gör, şəri burax; o zaman səxavətli olar, orta yolu taparsan. Həzrəti Əli
Xalq ayağa qalxanda necə də amansız olur. O, öz yolunda heç nəyə rəhm etmir, heç kəsin kömək çağırışlarını eşitmir, darda olan heç kəsə yardım etmir. Müəmmər əl-Qəzzafi
Səxavət ona deyilir ki, mal-dövlətin sərf edilməsi necə lazım, necə layiqdirsə, elə də yerinə yetirilsin və sona qədər bu cür də davam etdirilsin. Səxavətin özünün də bir çox növləri vardır. Onlardan bəziləri haqqında aşağıda izahat veriləcəkdir. Lakin “səxavət” cinsinə daxil olan fəzilətlər səkkizdir: birinci, kərəm, ikinci, əliaçıqlıq, üçüncü, əfv, dördüncü, mürüvvət, beşinci, xeyirxahlıq, altıncı, yardım, yeddinci, pay, səkkizinci, üzüyumşaqlıq. Nəsirəddin Tusi
Sənə yardım edənlərə yardım etməyi arzulama. Sən də sənə ehtiyacı olanlara yardım et! Əbu Turxan
Sizin yaratdıqlarınız bizim nəyimizə lazım idi? Onlardan ən yaxşılarını seçib xüsusi sərgilər təşkil edirdik. Yetmişinci illərin axırı, təsirimiz maksimum həddə çatanda bütün ölkə üzrə tədbirlər keçirirdik. Nazirlər, yepiskoplar, müxtəlif məşhur adamlar gəlirdi. Nitqlər söylənilir, yardıma böyük məbləğlər verilirdi. «Budur, baxın! – bəyan edirdik. – Bu incəsənət əsərlərinə baxın! Cəsarət edib necə deyə bilərsiniz ki, bunların müəllifi insan deyil?». İşiquro Kazuo