Ağlımız tanrının bir hədiyyəsi isə və inancımız haqqında eynisini fərz etsək, tanrı bizə uzlaşmayan, zidd iki hədiyyə vermişdir demək. Deni Didro
Azad yazıçı – öz araşdırmalarının və bilgilərinin bəhrəsini təqdim edən alimdir. O, ədəbiyyatın şərəfini və elmin qüdrətini qorumaqla yanaşı, hər işdə xalqına xeyir gətirir. O, sadə xalqın eşitmək istədiklərinə, yaxud hakimiyyətdə olanların şəxsi zövqlərinə və gözləntilərinə daban-dabana zidd olsa belə, öz sözünü deyir. Gələcək üçün yazanlar qiymətini indiki dövrdə alır, indiki dövr üçün yazanlar isə gələcəkdə xatırlanmayacaqlar. Əmin ər-Reyhani
Dinclik ona deyilir ki, Allahın sirri, ruhların mahiyyəti haqqında müxtəlif rəylər çarpışıb, zidd fikirlər mübarizə edən vaxt nəfs dinc otura, şirin dil töküb, gah o tərəf, gah bu tərəfə meyl etməyə (tərəddüdə yol verməyə). Nəsirəddin Tusi
Güc heç bir hüquq yaratmır və insanlar yalnız qanuni hakimiyyətə itaət etməlidirlər. "Köləlik" və "hüquq" sözləri bir-birinə ziddir; onlar bir-birini qarşılıqlı surətdə istisna edirlər. Belə bir ifadə: “Mən səninlə, tamamilə sənin hesabına və tamamilə mənim xeyrimə saziş bağlayıram və bu sazişə mənə sərf edənə kimi riayət edəcəyəm və eyni zamanda sən də riayət edəcəksən”- insanın insana və ya xalqa münasibətindən asılı olmayaraq, hər zaman mənadan məhrum olacaq. Jan Jak Russo
İnsan cəmiyyətdə yaşamaq üçün yaranıb; əgər o, tərki-dünya həyat sürürsə, öz insanlıq mahiyyətinə zidd gedir və deməli, insan adlandırıla bilməz. İohann Fixte
Mənə bəzi şeylərin ağlımızı aşdığını söyləsələr də, bu, axmaqlıqlara inanmağa gətirib çıxarmaz. Şübhəsiz ki ağlımızı aşan şeylər var, amma ağılımıza zidd olan hər şeyi və ona zidd olan nə varsa, cəsurca rədd edirəm. Deni Didro