Ölü
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. (Bəqərə surəsi, 154-cü ayə). Qurani-Kərim
C
redaktə- Cansız bədən ölü olduğu kimi qanunsuz dövlət də məhvə məhkumdur. Demosfen
D
redaktə- Diri tülkü ölü şirdən qiymətlidir. Assuri atalar sözləri
- Dirilər öləcəklərini bilir, lakin ölülər heç nə bilmir. Artıq onlara heç bir muzd verilmir, çünki onların xatirəsi də unudulub. Müqəddəs Kitab, Vaiz 9:5
- Dostum düşmənimlə dostdursa, mən də dostla yoldaşlıq etməməliyəm. Zəhər qarışan qənddən ehtiyat et, ölü ilanın üstündə oturan milçəkdən ehtiyat et. [1] İbn Sina
K
redaktə- Keşiş ölü gözləyir, məhkəmə - quldur. Rus atalar sözləri
Q
redaktə- Qanun dövlətin canıdır. Cansız bədən ölü olduğu kimi qanunsuz dövlət də məhvə məhkumdur. Demosfen
Ö
redaktə- Ölü aslanın saqqalını yolarlar. Azərbaycan atalar sözləri/Ö
- Ölü bit deyil ki!. Azərbaycan atalar sözləri/Ö
- Ölü bit deyiləm ki, dırnaq altında qalım. Azərbaycan atalar sözləri/Ö
- Ölü cəhənnəmə, təki mollaya pul olsun. Azərbaycan atalar sözləri/Ö
- Ölü dağı çəkilər, diri dağı çəkilməz. Azərbaycan atalar sözləri/Ö
- Ölü dərdi dərd olmaz, haray dirinin dərdidir. Azərbaycan atalar sözləri/Ö
- Ölü eşşək canavarların bayramıdır. Tacik atalar sözləri
- Ölü gör necə ölüdür, Əzrail də halına ağlayır. Azərbaycan atalar sözləri/Ö
- Ölü ilə varlı günahkar olmur. Rus atalar sözləri
- Ölü iti içəcəyin suya atma. Adıgey atalar sözləri
- Ölü kəfənsiz qalmaz. Azərbaycan atalar sözləri/Ö
- Ölü kimdir ki, gorun söyən kim ola?! Azərbaycan atalar sözləri/Ö
- Ölü kimi ölginən, mürdəşir kimi yuyum. Azərbaycan atalar sözləri/Ö
- Ölü kimi yatır. Azərbaycan atalar sözləri/Ö
- Ölü qəbristandan qayıtmaz. Azərbaycan atalar sözləri/Ö
- Ölü öldü, diriyə dirilik gərək. Azərbaycan atalar sözləri/Ö
- Ölü yerdə qalmaz. Azərbaycan atalar sözləri/Ö
- Ölülər və yalnız ölülər heç bir şey etməyə bilərlər. Marqaret Fuller
T
redaktə- Tarixi olmayan ölkə ölü bir ölkədir.[2] Sinkler Lyuis
- Tündxasiyyət adam lap ölü də diriltsə, ətrafdakı adamların rəğbətini qazana bilməz. Aqafon