Ördək
Ördəklər (lat. Anatidae) ― qazkimilər dəstəsinə aid quş fəsiləsi. Fəsiləyə daxil olan 40-50 cinsə aid 150-yə yaxın növ məlumdur. Ördək su quşudur. Onlar suyun altında xeyli yem tapa bilirlər.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Asta ördək geri qayıdanda hamısından qabaq uçub gələr. Qaraqalpaq atalar sözləri
Q
redaktə- Qızarmış ördəyin ağzına gələcəyini gözləyən çox gözləyər. Çin atalar sözləri
Ö
redaktə- Ördək balası yumurtadaykən suyu tanıyır. Avar atalar sözləri
- Ördək ətin, qaz ətin, yeyən bilər ləzzətin. Azərbaycan atalar sözləri/Ö
- Ördək gəlib qaz olmaz, gəlin gəlib qız olmaz. Azərbaycan atalar sözləri/Ö
- Ördək kimi bir-birinin çinədanını dimdikləyirlər. İndoneziya atalar sözləri
- Ördək qaz yerişi yeriyəndə paçası aralı qalar. Azərbaycan atalar sözləri/Ö
- Ördək olmayanda cüllüt biy olar. (Biy - burada tayfa başçısı) Qırğız atalar sözləri
- Ördək öldü - qaz qaldı, sim qırıldı - saz qaldı. Azərbaycan atalar sözləri/Ö
- Ördəkdən qaz yerişi tələb eləmək olmaz. Azərbaycan atalar sözləri/Ö
- Ördəyi bağlamağa ipək gərək, yar ilə oynamağa ürək gərək. Azərbaycan atalar sözləri/Ö
- Ördəyi su ilə qorxutmazlar. Azərbaycan atalar sözləri/Ö
- Ördəyin dimdiyi həmişə çirkli olar. Əfqan atalar sözləri
S
redaktə- Sizin damda var beş boz başlı beş boz ördək, bizim damda var beş boz başlı beş boz ördək. Sizin damdakı beş boz başlı beş boz ördək; bizim damdakı beş boz başlı beş boz ördəyə: "Siz də bizim kimi beş boz başlı beş boz ördəksiniz." demiş. Yanıltmac
- Su bütün yer üzünü tutsa da, ördək batmaz. Əfqan atalar sözləri