İdarə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allaha ibadət edənlər, hər şeydən əvvəl, kainatın nizamında, onu idarə edən ağıllı və müdrik bir varlığın varlığının yenilməz sübutunu tapırlar. Lakin bu nizam səbəblər və ya şəraitlər tərəfindən mütləq şəkildə əmələ gələn, bəzən bizim üçün əlverişli, bəzən isə zərərli olan bir sıra hərəkətlərdən başqa bir şey deyil: biz bəzilərini bəyənirik, digərlərindən isə şikayət edirik. Pol Anri Holbax
- Araşdırma edildiyi zaman ancaq məlumat artırıla bilər; məlumat artırıldığında ancaq istək səmimi ola bilər; istək səmimi olduğunda ancaq ağıl islah edilə bilər; ağıl islah edildiyində ancaq xüsusi həyat yaxşılaşdırıla bilər; xüsusi həyat yaxşılaşdırıldığında ancaq ailə quruluşu düzəldilə bilər. Ailə quruluşu düzəldildiyində ancaq dövlət nizam içində idarə oluna bilər. Konfutsi
B
redaktə- Bu termini tam mənası ilə götürsəniz, əsl demokratiya heç vaxt olmayıb və olmayacaq. Çox sayda adamın idarə etməsi və az sayda insanların idarə olunması təbii qaydalara ziddir. Xalqın daima yığıncaqlar keçirməsini və ya ictimai işlərlə məşğul olmasını təsəvvürə gətirmək olmur. Çox asanlıqla görmək olar ki, o, bunun üçün hər hansı komissiya yarada bilməzdi ki, idarəetmə forması da dəyişməsin. Jan Jak Russo
C
redaktə- Ciddi mənada desək, əsl demokratiya mövcud deyil və heç vaxt da olmayacaqdır. Çünki, çoxluğun azlığı idarə etməsi kimi bir şey ola bilməz. Jan Jak Russo
- Cəsarətli olmaq, deməli öz xasiyyətini cilovlamaq. Ehtiraslara ondan imtina edənlər yox, gəmini və ya atı lazımi və faydalı yerə yönəldib idarə edənlər kimi istifadə edənlər hakimlik edir. Aristotel
Ə
redaktə- Əldə etmək idarə etməkdən daha asandır. Müvafiq vasitənin köməyi ilə bir barmaqla dünyanı tərpətmək olar, amma, onu saxlamaq üçün Heraklın çiyinləri lazımdır. Jan Jak Russo
- Ən az idarə olunan dövlət, ən yaxşı dövlətdir. Tomas Cefferson
H
redaktə- Hər bir millətin içində əlli, ya altmış şöhrət düşgünü, təhlükəli adamlar olur. İdarə etmək bacarığı bu adamları tanımaqdan, onları ya məhv etmək, ya da satın almaqdan asılıdır. Onore de Balzak
- Heç bir prinsip yoxdur, lakin hadisələr var; heç bir qanun yoxdur – hallar var; hadisələri və halları idarə etmək üçün yüksək səviyyəli insanın özü bu hadisələrə və hallara qoşulur. Onore de Balzak
- Hökmdar üç şeyi yadında saxlamalıdır: birincisi - o, insanları idarə edir, ikincisi - qanunlar ona Allah tərəfindən verilib, üçüncüsü hakimiyyət əbədi deyil. Aqafon
İ
redaktə- İdarə edilməsi mümkün olan kəs idarə etməyi bacarmaz. Latın atalar sözləri
- İdarə eləmək çətin peşədir. Alman atalar sözləri
- İdarə etmək çox çətindir, əgər bunu təmiz vicdanla edirsənsə. Napoleon Bonapart
- İdarə etmək, deməli pis qərarlar içindən daima seçmək deməkdir. Şarl de Qoll
- İdarə etmək dürüstlük deməkdir. Sən doğru idarə etsən səhv olmağa kimsə cəsarət edə bilməz. Konfutsi
- İdarə etmək ilk növbədə başqalarını işə həvəsləndirmək deməkdir. Li Jakkoka
- İdarə etmək məharəti namuslu olmaq məharətindən ibarətdir. Tomas Cefferson
- İdarə insanları üzüyola və imtiyazlı şəxslərə bölür... Amma heç bir fərqləndirmə yararlı deyil. Çünki, biz xalqıq və gördüyümüz bütün işlər də xalq işidir. Anton Çexov
T
redaktə- Tanrılardan ibarət bir xalq olsaydı, o, özünü demokratik şəkildə idarə edərdi. Ancaq bu qədər mükəmməl bir idarəetmə insanlar üçün deyil. Jan Jak Russo