Ədalətsiz

(Ədalətsizlik səhifəsindən yönləndirilmişdir)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azadlığı sevməyən insan yoxdur; intəhası ədalətli insan bu azadlığı hamı üçün, ədalətsiz insan isə yalnız özü üçün tələb edir. Robert Berns
  • Bir hərəkətin əxlaqi dəyəri olması üçün ədalətli və ya ədalətsiz olduğunu, yaxşı və ya pis olduğunu anlamaq lazımdır. Georq Vilhelm Fridrix Hegel
  • Ədalətə tabe olmağı ədalətin özü tələb edir, gücə tabe olmamaq isə mümkün deyil. Güçün dəstəkləmədiyi ədalət zəifdir, ədalətin zəifləmədiyi güc müstəbidlikdir. Gücsüz ədaləti həmişə əzməyə çalışacaq, ədalətsiz gücə isə həmişə nifrət edəcəkdir. Buna görə ədalətlə gücü birləşdirmək lazımdır; Ya ədaləti güclü etmək, ya da gücü ədalətli etmək gərəkdir. Ədalətə qarşı çıxmaq asan, gücə qarşı çıxmaq çətindir. Elə buna gərə də ədalət güclü ola bilmədi - güc onu saya almaq istəmədi, yalnız onun özünün, yəni gücün ədalət mücəssiməsi olduğunu iddia etməyə başladı. Və ədaləti güclü etməyə qabil olmayan insanlar gücü ədalətli hesab etməyə razı oldular. [2] Blez Paskal
  • Ədalətsiz idarəetmə bir çox şəxslər tərəfindən həyata keçirilərsə, bu, demokratiya adlanır. Xalqın hakimiyyəti o zaman bərqərar olur ki, geniş kütlələr öz güc və say üstünlüklərindən istifadə edərək varlıları əzirlər. Bu zaman bütün xalq bir vahid tiran kimi çıxış edir. Foma Akvinski
  • Ədalətsiz qanunun heç bir səlahiyyəti yoxdur. Tertullian
  • Ədalətsiz qaydaların tətbiqi xalqa edilən ən böyük zülmdür. Volter
  • Ədalətsiz olub ədalətli görünmək ədalətsizliyin ən pisidir. Platon
  • Ədalətsiz rejimi ədalətlə yıxın. Alqışlar önünə qansız əllə çıxın. Mahatma Qandi
  • Ədalətsizliyi ədalətsiz yolla aradan qaldırmağa çalışmaq – onun daha dolaşıq kələfini ortaya atmaq deməkdir. Rahid Ulusel
  • Ədalətsizliyin qarşısını yanğından daha tez almalıyıq. Heraklit
  • Əgər sizə qarşı ədalətsiz davranıldığını hiss edirsənsə, ədaləti cəlb edə bilməyəcəksən. Süleyman
  • Həyat heç vaxt ədalətli olmur- insanlar əksəriyyəti üçün həyatın ədalətsiz olmağı ən yaxşı haldır. Oskar Uayld
  • Xristian Allahı olduqca xoşagəlməz bir varlıqdır: qəddar, qisasçı, şıltaq və ədalətsiz. Tomas Cefferson
  • İnsansız ədalət olur... Ədalətsiz insan olarmı - olar.. olmaz olarmı?! amma olmaz olsun! Özdəmir Asaf
  • Qanunsuz və ədalətsiz dünyada yaşayan insan yırtıcı heyvanlardan da təhlükəlidir. Aristotel
  • Qüvvətsiz ədalət və ədalətsiz qüvvət – ikisi də böyük fəlakətdir. (L. Lyus)
  • Məgər həyat qiymət vermək, üstün tutmaq, ədalətsiz olmaq, məhdud, hər şeydən fərqli olmaq arzusundan ibarət deyilmi? Fridrix Nitsşe
  • Mən ən ədalətsiz sülhü ən ədalətli müharibədən üstün tuturam. Mark Tulli Siseron
  • Müəllim dedi: “Kobud qida yemək, bulaq suyu içmək, başını dirsəyinə söykəyib yatmaq - bunların hamısında bir sevinc vardır. Ədalətsiz əldə edilmiş var-dövlət və şöhrət isə mənim üçün üzən buludlardır!” Konfutsi
  • Tiraniyaya nail olmaq ədalətsiz, ondan imtina etmək isə təhlükəlidir. Fukidid

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014.səh.134
  2. Xəzinə. Bakı, 1997. səh.41