Əleyhinə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allahın təqdirini Onun əleyhinə dəlil etməyin; çalışın, çabalayın. Əbdülqədir Geylani
B
redaktə- Bütün dünya bilir ki, fəzilət insanın ehtiraslarına tabe olmaqdan və ya özündən imtina etməkdən ibarətdir. Bunu təkcə Nitsşenin əleyhinə fəryad etdiyi xristian dünyası deyil, həm də bütün bəşəriyyətin, o cümlədən brahmanizm, buddizm, konfusiçilik və qədim fars dinini inkişaf etdirdiyi əbədi ali qanundur. Və birdən bir adam peyda olur ki, özündən imtinanın, həlimliyin, itaətkarlığın və məhəbbətin bütün insanlığı məhv edən pisliklər olduğuna əmin olduğunu bəyan edir (bütün başqa dinlərə məhəl qoymadan xristianlığı nəzərdə tutur). Belə bir bəyanatın əvvəlcə insanları niyə çaşdırdığını başa düşmək olar. Ancaq bir az fikirləşdikdən və qəribə müddəaların sübutunu tapa bilmədikdən sonra, hər hansı bir ağıllı adam kitabları bir kənara atıb, bu gün nəşriyyat tapa bilməyəcək bir zibilin olub-olmadığını düşünməlidir. Ancaq Nitsşenin kitablarında bu baş vermədi. Yalançı maarifçilərin əksəriyyəti Fövqəlinsan nəzəriyyəsinə ciddi yanaşır və onun müəllifinin böyük filosof, Dekart, Leybnits və Kant nəslindən olduğunu qəbul edir. Və bütün bunlar ona görə baş verdi ki, günümüzün psevdo-maarifçilərinin əksəriyyəti fəzilət haqqında hər hansı bir xatırlatma və ya onun əsas müddəasına etiraz edirlər: özündən imtina və məhəbbət - onların həyatının heyvani tərəfini məhdudlaşdıran və pisləyən fəzilətlər. Onlar şəxsi xoşbəxtlik və yaşadıqları başqalarının həyatından üstünlük ideyasını təsdiqləyən eqoizm və qəddarlıq doktrinasını, nə qədər ardıcıl və ayrı-ayrılıqda ifadə olunsa da, məmnuniyyətlə alqışlayırlar. Lev Tolstoy
E
redaktə- Elə uğursuz vəziyyət yoxdur ki, ağıllı ondan nəsə bir xeyir götürməsin, elə uğurlu durum yoxdur ki, axmaq onu öz əleyhinə çevirməsin. Fransua de Laroşfuko
H
redaktə- Həqiqəti de - sənin əleyhinə olsa da. Ərəb atalar sözləri
- Hər bir övladı Allah göndərir. Uşaq qız olduğu üçün abort etmək ən böyük günahdır. Necə qız övladının əleyhinə olmaq olar? Axı sənin anan da qız övladı olub. Uşağın cinsinə görə abort edənlər Allahsız insanlardır. Cabir İmanov
- Hətta ən qabaqcıl partiya belə millət əleyhinə qəsddir. Corc Sevil Qalifaks
- Həyatım boyunca əleyhinə olduğum şeyləri burda qəbul edirəm – sanki bu səfər daxilində istəmədiyim hər şeyə boyun əyməli olmuşam. Alber Kamyu
M
redaktə- Mark Krase kar sayaq idi. Bədbəxt bir kar sayaq: o, əleyhinə deyilən axmaq sözləri eşitmiridi. Mark Tulli Siseron
- Mübahisədə qalib gəlmək istəyirsənsə,rəqibinin əleyhinə çıxma; Deyl Karnegi
O
redaktə- Ona görə düşmənə oxşatmışlar ki, ərini təhqir edər, alçaldar, dava-dalaş salar, açıqdan-açığa abrını alar, şikayət edib əleyhinə iş qaldırar, eyiblərini aləmə yayar. Nəsirəddin Tusi