Ağılsızlıq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağılsızlıq qarışığı olmayan bir ağıllı belə dünyaya hələ gəlməyib. Aristotel
- Ağılsızlıq mənim üçün çox cəzbedicidir (qidalandırıcıdır). O isə təlxəklikdən irəli gəlir. Salvador Dali
- Ağılsızlıq, şübhəsiz ki, axmaqlıqdan daha yaxşıdır. Peyami Safa
- Ağılsızlığın hakim olduğu yerdə, ağıl gizlənər. Yapon atalar sözləri
- Ağılsızlığın on min növü var. Teluqu atalar sözləri
- Ağlın bağlamadığı dostluğu, ağılsızlıq asanca poza bilər. Uilyam Şekspir
- Alkoqol yalnız ağılsızlıq, qorxaqlıq, viranlıq və pis əxlaq vəd edir. Çingiz xan
- Azğın ehtiraslarına ağılsızlıq və ümidsizlik də birləşən hirsli qadında elə bir şey var ki, heç bir kişi onunla rastlaşmaq istəməz. Çarlz Dikkens
B
redaktə- Bildiklərini izah et, amma ağıl verməyə qalxma. İzah edilənləri yaxşı dinlə, amma hamısını doğru sanma. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaqda çox şey bildiyini göstərməz. Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. Cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir. Mövlana Cəlaləddin Rumi
- Böyük və çətin işi yerinə yetirmək üçün özünü seçmək – bu, ya şöhrətpərəstliyin ağılsızlığı, ya da öz dahiliyinin dərk edilməsidir. Pyer Büast
- Bütün mənim səylərim ağılsızlığı insanlarda öldürmək və onlara dürüstlük əlavə etmək üçündür. Volter
C
redaktə- Cəsarətin qəzəbin köməyinə ehtiyacı yoxdur. Çünki, onun özü hər cür müqavimətə qarşı öyrədilib, hazırlanıb və silahlanıb. Başqa cür desək, cəsarətə sərxoşluq da, ağılsızlıq da faydalıdır. Çünki, sərxoşlar da, ağılsızlar da gücləri ilə fərqlənirlər. Mark Tulli Siseron
D
redaktə- Dahi psixoloqlar dahiliyin harada qurtardığını, ağılsızlığın isə haradan başlandığını başa düşə bilmədilər. Salvador Dali
- Dünyada ağılsızlığı sübut etmək üçün nə qədər ağıl istifadə edildiyi inanılmazdır. Kristian Fridrix Gebbel
Ə
redaktə- Əgər dünyada sevgi varsa, o, ağılsızlıqdan uzaq deyil. Mark Tulli Siseron
H
redaktə- Hirsin əvvəli - ağılsızlıq, axırı - peşmançılıqdır. Ərəb atalar sözləri
X
redaktə- …Xəyal ağılsızlıq edəndə, qəhrəman üçün ölüm qorxulu deyil! Aleksandr Blok
İ
redaktə- İnsanlarla ünsiyyətdə şərəf hissini gözləməkdən böyük ağılsızlıq yoxdur. Bundan da pisi nəzakətlə yalan danışmaq vərdişinə yiyələnməməkdir. Fridrix Nitsşe
M
redaktə- Mən, boşboğaz ağılsızlığın təmkinli şüurluluğuna üstünlük verirəm. Mark Tulli Siseron
P
redaktə- Paltarın gözəlliyinə qayğı böyük ağılsızlıqdır; bununla belə, yaxşı geyinməyi bacarmamaq ondan az ağılsızlıq deyil – çünki, sənin vəzifənə və həyat tərzinə uyğun olur. Filip Dormer Çesterfild
S
redaktə- Sərxoşluq ağılsızlığın məşqidir. Pifaqor
- Sərxoşluq, ağılsızlıqda edilən hərəkətdir. Pifaqor
- Sizin sevgi adlandırdığınız çoxlu qısa ağılsızlıqlar var. Və sizin nikahınız bir böyük və uzun axmaqlıqla qısa ağılsızlıqlara sərhəd qoyacaq. Fridrix Nitsşe