Abidələr
tikili
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Abidələri yıxdığınız zaman onların əsaslarını dağıtmayın. Onlar həmişə lazımlı ola bilər. Stanislav Eji Lets
- Adil adam abidə kimidir - hər tərəfdən görünür. Madaqaskar atalar sözləri
- Ağıl abidələri qüdrət abidələrindən sağ qalır. Frensis Bekon
- Ana şəfqət abidəsi, ata ədalət nümunəsi, ana sevgi qəhrəmanı, ata iftixar məqamı, ana şəfqət təlimçisi, ata iffət təlimçisi, ana qəlb, ata beyin, ana bağça, ata bağban, ana torpaq, ata su, ana günəş, ata isə nurdur. Ata və ana bir bədəndə bir ürək kimidir. Füyuzat jurnalı
B
redaktə- Bu gün biz mədəni irsimizə böyük töhfə vermiş bir ölkədə, bizim sivilizasiyanın inkişafını nümayiş etdirən abidələrlə zəngin bir ölkədə mübarizə aparırıq. Müharibə imkan verdiyi qədər biz o abidələrə hörmət etməyə borcluyuq. Əgər məşhur bir binanı dağıtmaq və öz adamlarımızı qurban vermək arasında seçim etməliyiksə, o zaman kişilərimizin həyatı sonsuz dərəcədə daha çox sayılır və bina getməlidir. Ancaq seçim həmişə bu qədər aydın deyil. Hərbi zərurət arqumentinin qarşısında heç nə dayana bilməz. Bu qəbul edilmiş prinsipdir. Lakin “hərbi zərurət” ifadəsi bəzən hərbi rahatlıqdan və hətta şəxsi rahatlıqdan danışmaq daha doğru olacağı yerdə istifadə olunur. İstəmirəm ki, süstlük və ya laqeydlik ört-basdır etsin. Tarixi abidələrin yerlərini onların cəbhə xəttimizdən dərhal qabaqda və ya bizim işğal etdiyimiz ərazilərdə olub-olmadığını müəyyən etmək ali komandirlərin vəzifəsidir. Normal kanallarla aşağı eşelonlara ötürülən bu məlumat bütün komandirlərin üzərinə bu məktubun ruhuna əməl etmək məsuliyyətini qoyur. Duayt Eyzenhauer
- Bu şəhərdəki bütün abidələri elə bil qəbiristandan gətirmişdilər. İlya İlf
D
redaktə- Dahiliyin və fəzilətin oxşarlığı ona əsaslanır ki, sağlığında kiməsə abidə qoymaq, deməli nəslinin onu unutmayacağına ümidin olmamasını elan etmək deməkdir. Artur Şopenhauer
E
redaktə- Elmi abidələr sökülmür. Volter
- Erməni abidələri, misal olaraq Bakının mərkəzindəki erməni kilsəsi dövlət tərəfindən qorunur. Təəssüflər olsun ki, Ermənistan əksinə, nəinki işğal olunmuş ərazilərdə mədəni abidələrimizi dağıdır, hətta Ermənistandakı Azərbaycan toponimlərini də dəyişdirir. Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən alban abidələri saxtalaşdırılaraq qriqoryanlaşdırılıb[1]. Hidayət Orucov
H
redaktə- Hər bir sənət abidəsi canlıdır. Onlar üst-üstə toplansaydı, altda qalanlar nəfəs ala bilməz. Əbu Turxan
İ
redaktə- İnsana yalnız bir abidə layiqdir, torpaq qəbir və taxta xaç. Qızıl abidəni isə yalnız itə qoymaq olar. Vasili Rozanov
K
redaktə- Kitablar insan düşüncəsinin incilərini toplayaraq nəsillərə ötürür. Bir ovuc toz halına gələcəyik, ancaq dəmir və daş abidələri kimi kitablar əbədi olaraq qorunur. Musa Aybək
Q
redaktə- Qəbirlər ölülərin paltarıdır. Qəbir düz paltardır, zəngin abidə isə naxışlıdır. Tomas Fuller
M
redaktə- Məktəblərini xalqın düşünən beyni, alimlərini görən gözü, müəllimlərini əbədi sərvəti, qadınlarını əxlaq abidələri, gənclərini şah damarı, şəhidlərini şəfaətçiləri, bayrağını ürəyi, vətənini anasının ləyaqəti kimi görən millət var olub yaşayacaqdır. Füyuzat jurnalı
- Mənə tolazlanan daşları yığmaq zəhmətini çəksəydim onlardan ucaldılan heykəl yazıçı şərəfinə qoyulmuş ən böyük abidə olardı. Aleksandr Düma
- Mənim kimi insanlar tərəfindən geridə buraxılan fikirlər, abidələr həyatdakı ən böyük zövqüm. Kitablar olmasa uzun zaman əvvəl ümidsizliyə basdırılardım. Artur Şopenhauer
O
redaktə- O yeri necə xatırlamaya bilərəm! O vaxtdan bəri mən o yer üçün göz yaşları axıtmış, onu öpüşlərə qərq etmişəm! O xoşbəxt yeri qızıl sürahı ilə niyə də bəzəyə, bütün dünyanı ona itaət etməyə cəzb edə bilmirəm. İnsan xilasının abidələrini yad etməyə adət etmiş hər kəs ona başqa cür yox, məhz dizi üstə yaxınlaşmalı idi. Jan Jak Russo
S
redaktə- Sivilizasiya abidələrini yaratmaq qabiliyyətindən məhrum olan millətlər azadlıq və istiqlaliyyətdən əl çəkməyə məhkumdur. Mustafa Kamal Atatürk
Ş
redaktə- Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Heydər Əliyev
- Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir. Heydər Əliyev
T
redaktə- Təbiət saysız-hesabsız nadir, gözəl abidələrin “müəllifidir”. Həsən Əliyev
- Təbiətin öyrənilməsi və müşahidə edilməsi elmi yaratdı. Elə bir adam tapılarmı ki, şanlı abidələrin şahidi olmuş keçmiş onda təəssürat yaratmasın? Mark Tulli Siseron