Alicənab
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Alicənab davranış ürəyin dərinliyindən böyüyür. Yohann Volfqanq Göte
- Alicənab insan yetişməyini dar bir çevrəyə borclu ola bilməz. Həm yaşadığı ölkə, həm dünya onu təsirləndirməlidir. Həm şöhrətə, həm də tənqidə dözə bilməlidir. Həm özünü, həm də başqalarını tanımaq məcburiyyətində olmalıdır. Tənhalığın şirin sərxoşluğuna aldanmamalıdır. Yohann Volfqanq Göte
B
redaktə- Bəzi insanlar alicənab yaradılmışlar. Bəziləri alicənablığı ələ keçirir, bəzilərinə isə alicənablıq istəmədən gəlir. Uilyam Şekspir
- Bizim hər birimizə çoxlu hüquqlar verilib və bizim alicənab olmağımız bu hüquqlarla bağlıdır, amma biz bunu dərk etmirik. Çarlz Dikkens
E
redaktə- Ev rahatlığına alışmış alicənab adına layiq deyil. Konfutsi
Ə
redaktə- Ən alicənab yarış — insaniyyətdə yarışmaqdır. Latın atalar sözləri
H
redaktə- Hər bir alicənab şəxs özünün qan qohumluğunu, vətənlə qan əlaqələrini dərindən dərk etməlidir. Vissarion Belinski
İ
redaktə- İnsanın etdiyi axmaq bir hərəkət, həmişə onun alicənab məqsədlərindən törəyir. Oskar Uayld
Q
redaktə- Qanq ölülərindən imtina eləmir. (Yəni alicənab adam sadə adamlara saymazlıq etməz. Adətə görə hindlilər ölənlərin cəsədini müqəddəs hesab etdikləri Qanq çayına atırlar). Benqal atalar sözləri
M
redaktə- Məgər alicənab insana yalan danışmaq yaraşarmı? Mark Tulli Siseron
T
redaktə- Tamahla ağıl bir-birinə düşməndir. Tamahkar adamdan ağıllı uzaq qaçar. İnsan ağlın tərəfində durmalı, tamahını əzməlidir. Çox yeyənlər çox yaşamır, ağıllılar çox yaşayırlar. Bütün alçaq, misgin hiss və hərəkətlər adamı fəlakətə sürükləyir. Halbuki, onlardan uzaq olmaq insanı əxlaqi cəhətdən təmkinli, xeyirxah və alicənab edir. Adam zəngin xəzinə olan ürəyini fəsad yuvasına çevirməməlidir. Nizami Gəncəvi
- Tarix o adamları böyük adamlar hesab edir ki, onlar ümumi məqsəd üçün çalışmış, özləri isə alicənab adamlar olmuşlar.[1] Karl Marks
İstinadlar
redaktə- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.62