A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir kişi sevgilisi üçün diz çökə bilər, amma bir qadını diz çökdürə biləcək tək şey, mağazadaki alt rəflərdir ... Bob Dilan
  • Bizi bunlar yox edə bilər: ölkəsiz siyasət; vicdanı üstələyən əyləncə; əziyyətsiz var-dövlət; intellektual, ancaq xaraktersiz “insan”lar; əxlaqi cəhətdən kasıb biznes; insan sevgisini alt plana itələmiş bilik; fədakarlığı zəif din anlayışı. Mahatma Qandi
  • Əl-ələ, ayaq ayağa, üst çənə alt çənəyə kömək etdiyi kimi, insanlar da bir-birinə kömək etmək üçün doğulublar. Mark Avreli
  • Xristianlığın mahiyyəti bizə Cənnət bağı tarixində izah edilir. Haram olan meyvə Bilik ağacında idi. Alt mətn belədir: Bütün əzablarınız nə baş verdiyini öyrənmək istədiyinizə görədir. Ağzını bağlasaydın və heç bir sual verməsəydin, Cənnət bağında ola bilərdin. Frenk Zappa
  • Kəndin alt başında yalandır dedim, üst başına gəldim mən də inandım. Gürcü atalar sözləri
  • Kişiyə alt paltarı almaq hər bir qadının müqəddəs hüququdur. Alla Puqaçova
  • Om sadəcə bir səs və ya vibrasiya deyil. Bu, sadəcə bir simvol deyil. Görə bildiyimiz, toxuna bildiyimiz, eşitdiyimiz və hiss etdiyimiz bütün kosmosdur. Üstəlik, bizim qavrayışımız daxilində olan və qavrayışımızın xaricində olan hər şeydir. Bu, bizim varlığımızın əsasını təşkil edir. Əgər Om-u yalnız bir səs, texnika və ya İlahi simvol kimi düşünsəniz, onu tamamilə əldən verəcəksiniz. Om bütün kainatın bütün əşyalarının və bütün varlıqlarının alt qatı olan sirli kosmik enerjidir. Bu, İlahinin əbədi nəğməsidir. O, mövcud olan hər şeyin fonunda davamlı olaraq sükutla səslənir. Amit Ray
  • Səninlə bir çaydanla qəhvədan kimiyik. Mən üst hissəsiyəm, sən isə alt hissə. Böyüksən axı, aramızdakı fərq isə budur: mən sənsiz də dəmlənə bilirəm, amma sən mənsiz ancaq su qaynada bilərsən. Kiçik İsgəndər
  • Yetkinliyin ən etibarlı əlaməti qocalıq deyil, şəhərin mərkəzində, gur küçədə alt paltarında yuxudan oyananda itməmək bacarığıdır. Vudi Allen

İstinadlar

redaktə