A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir-birinə iki əks vəziyyət insanları avaraçılığa sövq edir: onlardan biri malik olduğumuza görə kifayətləndiyimiz səmimi sakitlikdir, ikincisi isə məmnunluğu hiss etməyə imkan verməyən doymaz şəhvətdir. Arzusu, istəyi olmayanla istədiyini ala bilmədiyini bilən eyni tərzdə hərəkətsiz olur. Hərəkət etmək üçün bir şeyə cəhd etmək və ona nail olmaq lazımdır. Jan Jak Russo
  • Dünya sıxıntı və avaraçılıqdan yox, hərəkətdən ibarətdir. Çarlz Dikkens
  • Əmək daşa yapışsa, daş o dəqiqə yuxuya gedər. Avaraçılıq isə tükdən yataqda belə yata bilməz. Uilyam Şekspir
  • Gecələr gəzmək zəhərdir. Avaraçılıq hökmdar üçün zəhərdir. Ürəyini başqasına vermiş qadın kişi üçün zəhərdir, aşkar olunmayan xəstəlik orqanizm üçün zəhərdir. Çanakya/Hökmdar
  • İstedad sahibi olanları kədərli bir aqibət gözləyir. Belə adamlar qabiliyyətlərini inkişaf etdirmək və mükəlləşdirmək əvəzinə özlərini həddindən artıq yüksək tutur, avaraçılığa və xudbinliyə aludə olurlar. Belə bir insan tədricən ağlının aydınlığını və itiliyini itirir, hərəkətsiz, tənbəl olur və bədənini və ruhunu korlayan cəhalətə tutulur. Leonardo da Vinçi
  • İş bizi üç bəladan: avaraçılıqdan, qəbahətdən və ehtiyacdan xilas edir. Volter
  • Qanunlar iki məqsədə görə tərtib edilir. Birinci məqsəd ondan ibarətdir ki, qanunvericilər onları böyük xalqlar və qaydaya düşmüş ölkələr üçün, ikinci məqsəd isə işləməməyə, avaraçılığa toxunmamaq nöqteyi-nəzərindən tərtib edirlər. Saltıkov-Şedrin
  • Mənim beynim avaraçılığa qarşı üsyan edir. Artur Konan Doyl
  • Mənim çox qəribə bir orqanizmim var. Mən xatırlamıram ki, iş məni əldən salsın. Amma avaraçılıq məni çox yorur. Artur Konan Doyl

İstinadlar

redaktə