Axsaq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Axsaq at yüyrək olar. Azərbaycan atalar sözləri/A
- Axsaq eşşəyin kor nalbəndi olar. Azərbaycan atalar sözləri/A
- Axsaq qoyuna nə dağ, nə aran? Azərbaycan atalar sözləri/A
- Axsaq toyuğu it də qovar. Vyetnam atalar sözləri
- Axsağın kölgəsi də axsaq olar. Avar atalar sözləri
- Ay axsaq aşpaz Həsən şah, aşpazlar aş bişirir, sən də gəl aş bişir, ay axsaq aşpaz Həsən şah! Yanıltmac
B
redaktə- Bir talada iki axsaq ceyran olmaz. Azərbaycan atalar sözləri/B
Ə
redaktə- Əgər axsaq bir insanla dostluq etsən, özün axsamağa başlayırsan. [1] Plutarx
- Əzrayıl axsaq ulaq kimidir - hər qapıda dayanır. Assuri atalar sözləri
İ
redaktə- İstedadsız yazıçı axsaq əsgər kimidir. Fyodor Dostoyevski
- İtin axsağı ovdan qalmaz. Azərbaycan atalar sözləri/İ
K
redaktə- Kar eşidib ki, lal danışdırdı ki, kor necə görüb ki, axsaq necə sürətlə qaçırdı. Yəhudi atalar sözləri
- Köç geri qayıdanda arıq, axsaq qabağa düşər. Azərbaycan atalar sözləri/K
M
redaktə- Mən içəridən və bayırdan kiri o ki var canıma çəkmişəm, – Feliçe yazırdı. – burada hesab edilir ki, insan mərcimək şorbasının ağac kömürü ilə qarışığını yeyə bilər, küçələr isə palçıqla örtülüb. Bir dənə də təmiz yerim qalmayıb. (Bu, mənim bədənimə və paltarıma aiddir. Bura qəlbimin olub olmamağına baxmaq üçün həddən artıq qaranlıqdır, olan qalan intellektimi isə Vestminsterdəki qalereyada itirdim.) Bu gün mən Britaniya muzeyində özünə sığınacaq axtardım və hökmdarlar hökmdarı Ozimandiyanın əzəmətli başının və əlinin kölgəsində gizlənməyə çalışdım. Onun familiyasını bilmirəm, amma daha yaxşısı olmayan yerdə bu da yarayar. O, özü Karnakdandır. Onun qranit tacı var, amma, deyəsən, o, baş ağrısı yaratmır, – gülüşü də qranitdəndir, əbədi və dəyişməz. Kirə isə o, fikir vermir – böyük və möhkəm olana hər şey olar. Onun üçün axı bunun mənası yoxdur: o bilir ki, zaman hər şeyi silib aparacaq. Onun yaşında hər kəs filosof ola bilər. Bəlkə, iyirmi yüz illik keçəndən sonra mən də hər xırda şeyə görə deyinməkdən əl çəkəcəyəm. Amma, – ona izah etdiyim kimi, – mənim ömrüm qısadır; mən Allah və ya bir parça daş deyiləm, mən sadəcə vur-tut bir insanam, üstəlik də axsaq bir insan. Məndən necə tələb etmək olar ki, palçıqda sürüşməyim və ya dumandan “yüksəkdə” durum? Amma onun mənə yazığı gəlmədi. Bu daşürəkli ölümsüzlərin ən pis cəhəti – onların etinasız təkəbbürlülükləridir. Qırılmış dostluq