Bədəsil
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bədəsil əsil olmaz, boyunca qızıl qala. Azərbaycan atalar sözləri/B
- Bədəsil əvvəl vəfa göstərər, sonra cəfa. Azərbaycan atalar sözləri/B
- Bədəsildən hərgiz olmaz heç əsil. Aşıq Ələsgər
- Bədəsili başa çəkərsən, sürüşüb aşağı düşər. Azərbaycan atalar sözləri/B
- Bədəsilin başmağını cütlərsən, deyər geridə dur. Azərbaycan atalar sözləri/B
D
redaktə- Dəli qız deyər:anasız olaydım, bədəsil gəlin deyər:qaynanasız. Azərbaycan atalar sözləri/D
Ə
redaktə- Əgər bir müəllim olsa bədəsil,
Yetişdirə bilməz, bəxtiyar nəsil. Sədi Şirazi - Əsil al, çirkin olsun, bədəsil gözəl alma. Azərbaycan atalar sözləri/Ə
- Əsil deyər anlamadım, bədəsil deyər görmədim. Azərbaycan atalar sözləri/Ə
V
redaktə- Varlı və əsilli olmaq yadları da yaxınlaşdırar, yoxsul və bədəsil olmaq qohumları da uzaqlaşdırar. Yapon atalar sözləri
- Vəfalıya əmək çəksən itirməz,
Bədəsil nəsihət, öyüd götürməz. Xəstə Qasım