Cəza
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
BRedaktə
- Bədbəxtçilik - cəza deyil, imtahandır. Paulo Koelyo
- Birinin günahı varsa? bağışla, bağışlamayıb cəza versən, günahın dərəcəsinə görə ver. Məhəmməd peyğəmbər
- Biz cəzalandıra bilməyəcəyimiz adamların təqsirini çox asanlıqla bağışlayırıq. Filippo Panante
- Böyük xətalar üçün Allahın verdiyi cəzalar da böyük olur. Hesiod
CRedaktə
- Cəza ilə günah eyni anda birlikdə doğularlar. Hesiod
- Cəza uşaqlara verilən bir dərman sayılmalı və həmin düşüncə ilə verilməlidir. Mişel de Monten
- Cəzasızlıq oğurluğu şirnikləndirməyin ən rüsvayçı üsuludur. Siseron
GRedaktə
- Günahlar barəsində yalnız üç fərziyyə mövcuddur: Onlar ya Allah tərəfindəndir (Əlbəttə, bu belə deyil). Belə olan halda, Allaha bəndəni etmədiyi şeyə görə əzab vermək yaraşmaz. Yaxud, həm Allah və həm də bəndənin – hər ikisinin tərəfindəndir (Əlbəttə, belə də deyil). Bu halda da, güclü şərikin zəif şərikinə zülm etməsi rəva deyil. Yaxud da bəndənin özü tərəfindəndir (Əlbəttə, bu belədir). Belə olduqda, Allah onu bağışlasa öz böyüklük və comərdliyinə görə bağışlamış, cəza versə bəndənin öz günahına görə cəzalandırmışdır.[1] İmam Kazım
HRedaktə
- Hər şey ölümə məhkumdur: bu, qanundur, cəza deyil. Seneka
İRedaktə
- İnsaflı cəza yersiz təltifdən yaxşıdır. Xaqani Şirvani
QRedaktə
- Qəzəb anında təyin edilən cəza heç bir səmərə vermir. İmmanuel Kant
ÖRedaktə
- Ölüm, bəzən cəza, bəzən bir hədiyyə, çox vaxt da bir lütfdür. Seneka
- Övladına cəza verməyən özü cəza alar. Kürd atalar sözləri
SRedaktə
- Söz azadlığını qanunlar həll edə bilməz. Öz düşüncəni deyibdə cəza almamaq üçün, cəmiyyətin də bunu qəbul etməyi vacibdir. Albert Eynşteyn
ŞRedaktə
- Şeytanlıq eyləyib kim ara vursa,
Bəxti üz döndərər, o görər cəza. Sədi
IstinadlarRedaktə
- ↑ Biharul-Ənvar, c.78, səh.323, hədis 23