Ceyran
Ceyran — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Afrikada hər səhər bir ceyran oyanır, ən sürətli aslandan daha sürətli qaçmasının lazım olduğunu, yoxsa öləcəyini bilir. Afrikada hər səhər bir aslan oyanır, ən yavaş, lakin ceyrandan daha sürətli qaçmasının lazım olduğunu, yoxsa ac qalacağını bilir. Aslan ya da ceyran olmağınızın bir önəmi yoxdur. Yetər ki, günəş çıxanda qaçmaq məcburiyyətində olduğunuzu bilin. Afrika atalar sözləri
C
redaktə- Ceyran çətin vaxtda şir olur bəzən. Xosrov və Şirin (Nizami)
- Ceyran qovan çiçəyə batar, donuz qovan palçığa. Azərbaycan atalar sözləri/C
- Ceyranın axsağını da min porsuq ötə bilməz. Türkmən atalar sözləri
D
redaktə- Dağ bizim, ceyran bizim, ovçu burda nə axtarır. Azərbaycan atalar sözləri/D
- Düz gələn ceyranın iki gözündən başqa eybi yoxdur. Türkmən atalar sözləri
K
redaktə- Keçi qaçmaqla ceyran olmaz. Türkmən atalar sözləri
U
redaktə- Uçmaqda turac, qaçmaqda ceyran. Azərbaycan atalar sözləri/U