Bu dünyada ən böyük cinayət, insanların daşıdıqlarından qaçmağı deyilsə nədir? Alber Kamyu
Bütün cinayətlər və pisliklər acizlikdən doğular, onun üçün hamısı ancaq mərhəmətə layiqdir. - Alfred De Viqni
Bütün ehtiraslar bizə cinayət törədir, amma, bizi ən gülünc səhvlərə salan eşqdir. Fransua de Laroşfuko
Cinayət səhnəsini bərpa etmək detektivin məqsədidi. Faktları ardıcıl sıralamaq lazımdı,kartdan ev düzəldərkən kartları düzdüyünüz kimi. Aqata Kristi
Elə cinayət var ki, bağışlanmır, bu, vətənə xəyanətdir. Ə.H.Bəhmənyar
Əla bir ideya düşünmək, lakin onu gerçəkləşdirməyə cürət etməmək – maliyyə dünyası üçün bundan böyük cinayət ola bilməz! Donald Tramp
Gəncliyimdən bu yana ət yeyililməsinə qarşıyam. Bir gün insanların heyvanları öldürməyi eynilə insan öldürmək kimi cinayət qəbul edəcəyinə inanıram. Leonardo da Vinçi
Kimə yönəlməsindən asılı olmayaraq, heç vaxt cinayət törətməyin, qocalığa təmiz əllərlə gedin. Mixail Bulqakov
Kor nadandan üstündür, çünki kor quyuya düşə bilər, nadan isə cinayət uçurumuna. Sirakuzlu Monim
Qadın müharibə üçün bəhanə, cinayət üçün səbəbdir. Viktor Hüqo
Saf niyyətlə gələni mərasimlə, bəd niyyətlə gələni isə cinayət qanunları ilə qarşılamaq lazımdır. Sun Dzı
Səhv etmə qorxusuyla cinayət törədirik. Horatsi
Televiziyada bir cinayət görmək adamın kinini apara bilər. Əgər siz heç kimə kin bəsləmirsinizsə, reklamları izləyin. Alfred Hiçkok
Televiziyanın etdiyi ən böyük qatqılardan biri, cinayəti təkrar evə gətirməsidir, aid olduğu yerə. Alfred Hiçkok
Yalnız zəiflər cinayət edir—güclü və xoşbəxt insanın cinayət etməyə ehtiyacı yoxdur. Volter