Biz dinə hörmət edirik. düşünüşə və düşüncəyə müxalif deyilik. Biz sadəcə olaraq kasta və digər cinayətkar fəaliyyətlərə əsaslanan fanatizmi qəbul etmirik. Mustafa Kamal Atatürk
Bütün insanlar şəxsi və ictimai həyatda qanunsuz əməllər etməyə meyillidirlər və heç bir qanun onları bu işdən çəkindirə bilmir. Dövlətlər hər cür cəza tədbirləri sınamış və hər zaman da bu tədbirləri gücləndirmişlər. Müəyyən müddətdən sonra demək olar ki, bütün cəzalar ölüm cəzası ilə əvəz edilmişdir. Buna baxmayaraq, cinayətlərin sayı azalmadı. Beləliklə, ya daha qorxunc cəzalar fikirləşmək, ya da heç bir cəza ilə cinayətkarı qorxutmağın mümkün olmadığını etiraf etmək lazımdır. Fukidid
Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsidir, günahsız məhkum edilmiş şəxs isə bütün namuslu adamlar üçün vicdan tənəsidir. Jan de Labrüyer
Cinayətin səbəbi aradan qaldırıldıqda, cəmiyyətdə cinayətkarlar qalmır. Çanakya
Cinayətkar kimin əlindən öldüyünü və cəzanın nəyə görə olduğunu başa düşmədiyi təqdirdə intiqam şirin deyil. Planıma görə, mənə pislik edən şəxs köhnə günahının əvəzini ödədiyini bilməli idi. Artur Konan Doyl
Cinayətkarları cəmiyyətdən təcrid etməklə yeni-yeni cinayətkarlar meydana çıxacaq və cinayət yenidən yayılacaqdır. Çanakya
Cinayətkarların əksəriyyətində, xüsusilə gənclərdə çox güclü günahkarlıq hissi mövcuddur. Həmin günahkarlıq hissi cinayətin həyata keçirilməsindən uzun müddət əvvəl o insanda yaranır. Yəni bu hiss cinayətin səbəbi yox, əksinə, onu motivasiya edən impulsdur. Bu halda insanın törətdiyi cinayət əslində daxilindəki şüuraltı günahkarlıq hissini birbaşa real bir obyektlə əlaqələndirərək, bir az da olsa, rahatlanmaq cəhdidir. Ziqmund Freyd
Əgər qanun tətbiq etmək mümkündürsə, o zaman cinayətkar vətəndaşı, daha doğrusu, daxili düşməni məhkəmə ilə sındırmaq lazımdır. Əgər zorakılıq məhkəməyə mane olur, yaxud onu məhv edirsə, o zaman sırtıqlığa şücaətlə, quduzluğa cəsurluqla, kobudluğa ağılla, quldur dəstəsinə qoşunla, gücə güclə qalib gəlmək lazımdır. Mark Tulli Siseron
Filosoflar yox, mahir yalançılar təsdiq edir ki, insan öz arzusuna uyğun yaşayanda xoşbəxt olur. Bu, yalan bir iddiadır. Cinayətkar arzular bədbəxliyin başlanğıcıdır. İstəməyi belə cinayət sayılanı əldə etməkdən, istədiyin şeyə nail olmamaq daha az kədərləndirir. Mark Tulli Siseron
Könüllü olaraq dərhal ölümə getmək, uzun müddət cəhənnəm əzablarına, cansıxıcı ağrılara, cinayətkar talenin daimi iztirablarına və mərhumiyyətlərinə dözməkdən daha asandır. Qay Yuli Sezar