A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Başqaları üzərində güc siyasidir və başqaları üzərində güc sahibi olmaqla maraqlanan insanlar, dərin bir dəyər]]sizlik kompleksi olan insanlardır. Özlərini davamlı olaraq başqaları ilə müqayisə edir və özlərini dəyərsiz hiss edirlər. Dünyaya və özlərinə bunun belə olmadığını, üstün varlıq]lar olduqlarını sübut etmək istəyirlər. Bütün siyasətçilər, dəyərsizlik kompleksindən əziyyət çəkirlər. Bütün siyasətçilərin psixoloji müalicə almaqları gərəkdir. Bunlar xəstə insanlardır və bu xəstə insanların əlindən bütün dünya çox böyük iztirab içindədir. Üç min ildə beş min müharibə! Oşo
  • Bəlkə o hər şeyə dəyəcək qədər qiymətlidir sənin üçün; Amma sən də, onun üçün özünü heç edəcək qədər dəyərsiz deyilsən. Camal Sürəya
  • Bütün qəlbimlə buna inanmaqdan özümü saxlaya bilmirəm: bir neçə istisna xaricində, əziz insan qardaşlarım heç nəyə yaramayan dəyərsiz məxluqlardır. Ziqmund Freyd
  • Dəyərsiz olduğunu birinə anlatınca onun gözü yox, qəlbi ağlar. Araz Yaquboğlu
  • Doğru adamın dili saf gümüş kimidir, pisin niyyəti isə dəyərsizdir. Tövrat
  • Dünyanın var-yoxu elm adamlarının gözündə əhəmiyyətsiz və dəyərsizdir. Elm adamları dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, insan bir arzuya çatdımı, başqa arzu eşqinə düşər... Mən rahat ölürəm, çünki ömrümü xeyrə, xalqımın xeyrinə, elmin xeyrinə həsr etmişəm.... Xeyrə həsr edilməmiş həyatı hədərə getmiş hesab et.. Nəsirəddin Tusi
  • Əgər bir adam marşla uyğunlaşma içində yeriyə bilirsə, o dəyərsiz bir varlıqdır. özünə yalnız bir onurğa iliyi kafi ola biləcəyi halda səhvən bir beyni olmuşdur onun. Sivilizasiyanın bu quru ləkəsi ən qısa müddətdə yox edilməlidir. Əmrlə gələn qəhrəmanlıqdan, şüurlu və şüursuz şiddətdən, axmaqca vətənpərvərlikdən, bütün bunlardan nifrət edirəm. Mən döyüşü və o soyuq silahları elə iyrəndirici və alçaldıcı hesab edirəm ki belə iyrənc bir hərəkətə qatılmaqdansa özümü yox edərəm daha yaxşıdır. Mənim anlayışıma görə sıravi bir cinayət, döyüşdə adam öldürməkdən daha pis deyil. Albert Eynşteyn
  • Ən yüksək bilik - bu anadangəlmə bilikdir. Bundan aşağı - təlim vasitəsi ilə əldə edilmiş bilikdir. Daha aşağı - çətinliklərə üstün gəlməklə əldə edilmiş biliklərdir. Ən dəyərsiz odur ki, kim ki, çətinliklərdən ibrət dərsləri çıxartmaq istəmir. Konfutsi
  • Həyatda göz yaşlarımı haqq edəcək bir insan görmədim. Ya mənim göz yaşlarım lazımsızdır, ya da uğruna gözyaşı tökdüyüm insanlar dəyərsizdir. Camal Sürəya
  • Xidmətçilər əla, dəyərsiz və adi olurlar. Onların hər birinə özlərinə uyğun tapşırıq verilməlidir. Çanakya
  • Xilafət mənim gözümdə bu çarıqdan da dəyərsizdir. Mən xilafəti ona görə qəbul etdim ki, onun vasitəsilə məzlumların haqqını zalımlardan alım. Əli
  • Qəribədir: hər bir adam çox asanlıqla nə qədər qoyunu olduğunu deyə bilir, amma nə qədər dostu olduğunu deyə bilmir. Dostlar nə qədər də dəyərsiz imiş. Sokrat
  • Nadanlıqdan can qurtarmaq, qorxu və xofdan azad olmaq üçün alim və filosoflar böyük əziyyətlərə dözür, cismani ləzzət və istirahətdən əl çəkir, yuxusuz gecələr və ağır zəhmətlərə razı olurlar. Əsl rahatlıq bədəni ağrılardan xilas olmaq, əsl əziyyət isə cəhldir. Deməli, əsl rahatlıq elmdir. Elm adamlarının ruhi və rahatlığı elmdir, çünki dünya var-yoxu onların gözündə əhəmiyyətsiz və dəyərsiz olar. Elmə yiyələnərək əbədi səadət, həmişəlik istirahət əldə etdiklərindən tez ötüb keçən bəlalara məruz qalan, böyük baş ağrısına səbəb olan, müxtəlif qəm və kədər yaradan, təşviş və təlaş törədən dünya işlərindən əl çəkər, zəruri ehtiyacı ilə kifayətlənər, dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, bir arzuya çatdımı, başqa arzu eşqinə düşər. Nəsirəddin Tusi
  • Təsirli söz əbədi, dəyərsiz söz isə fanidir. Sokrat
  • Torpaq, dəyərsiz olsa da, dövlətin təməlidir; heç kimə verilə bilməz. Mete xan
  • Ümidsiz həqiqətlər dəyərsiz əllərdə dəyərsiz hala gəlir. Səid Nursi

İstinadlar

redaktə