Atom fəaliyyətinin və radioaktivliyin iki mərhələsinin Günəş sistemindəki bütün atomların təkamülünü səciyyələndirdiyini görək, indi insan atomunda şüurun təkamülü zamanı gözlənilən müxtəlif inkişafların nə olduğunu görək. Mən diqqətimizi bu insan şüuruna yönəltmək istərdim, çünki o, Günəş sistemindəki mərkəzi təkamüldür. İlahi həyatın üç aspekti - məskunlaşan həyat və ya ruh, maddi forma və ya əsas vasitə və ağıllı fəaliyyət amili bir araya gətirildikdə, müəyyən konkret nəticələr əldə ediləcəkdir. Alisa Beyli
Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir. Napoleon Bonapart
Bir qadının diqqəti həmişə pis sədası yayılan kişidə olur. Çünki, sevgi onu düzəldər deyə düşünür. Aqata Kristi
İqtidara gəlirsinizsə, hərəkətlərinizə diqqət yetirin. Qürurlu olmayın, özünü bəyənmişlik etməyin. Sizə aid olmayan şeyləri götürməyin, gücsüzlərə kömək edin və əxlaq qaydalarına riayyət edin. Unutmayın ki, sonsuz iqtidar yoxdur. Hər iqtidar keçicidir və hər kəs, əvvəl-axır, əvvəl millətin və nəhayət Allahın önünə hesab verəcək. Aliya İzzetbeqoviç
İnsanın hamının diqqət mərkəzində olmağa cəhd etməsi ən böyük fəlakətdir. Maksim Qorki
İnsanlar çox dəyişdi, diqqət yetirmək lazımdır, biriylə əl sıxışdıqdan sonra, beşi də yerindəmi deyə, barmaqlarını saymaq məcburiyyətindəsən. Lev Tolstoy
İntizam, enerji, güc və optimizm dolu güclü bir xarakter inşa etmək üçün zaman ayrıldığı zaman, çöl dünyanda hər şeyə sahib ola bilər, istədiyin hər şeyi bacara bilərsən. Qabiliyyətlərinə və məğlubedilməz ruhuna olan dərin inancını gücləndirdiyin zaman, bütün məşğuliyyətlərində müvəffəqiyyətli olmağını və böyük mükafatlar almağını heç bir şey əngəlləyə bilməz. Zehnini öyrətmək, bədəninə diqqət göstərmək və ruhunu bəsləmək üçün vaxt sərf etmək, səni, həyatında daha çox zənginlik və canlılığa çata biləcəyin bir mövqeyə gətirər. Robin Şarma
Savaşda birisini savaşmağa çağırma; fəqət səni çağıran olsa get; çünki savaşa çağıran asidir, asininsə ölməsi gərəkdir. Üzün suyu (abır) donmuş vəziyyətdədir. Ancaq bir şey istəyən kimi əriyər və damla-damla süzülər. Üzünün suyunu kimə tökdüyünə diqqət et. Həzrəti Əli
Sən, bir adam özü tərifləndiyi zaman, bunu necə qarşıladığına diqqət edə bilsən, hər adamın xarakterini kəşf edə bilərsən. Seneka