Ağıl gözəlliyi ona deyilir ki, istər mübahisə, istər tədqiqat, istərsə kəşfdə həqiqət necədirsə, həmin hədd və həmin kəmiyyətdə qorunub saxlanılsın, nə daxili ehtimala, nə də xarici təsirə yol verilməsin. Nəsirəddin Tusi
Heç bir sübut olmadan, yalnız ehtimala əsasən yaxşı adamları məhv etmək, öz kökünə balta vurmaq kimi bir şeydir. Kəlilə və Dimnə
Hər birimiz bu və ya digər vaxtda normal insandan çıxarılmış surət olduğumuzdan, hardasa böyük dünyada yəqin ki, orijinallarımız var və yaşayır. Deməli, nəzəri də olsa ehtimal var ki, öz orijinalımızı tapa bilərik. Bu səbəbdən bizlərdən kimsə bayıra çıxan kimi küçədə, ticarət mərkəzlərində, yol qırağı kafelərdə oxşarlıq -özü və dostları üçün “mümkün mən” tapmaq üçün insanlara diqqətlə baxırdı. Kazuo İşiquro
Həyatdakı ən böyük həvəsinizin işiniz olduğunu düşünürsünüzsə böyük ehtimal ki, bir yanılma içindəsiniz və bunun doğru olmadığını bir gün dərk edəcəksiniz. Çünki, bu dünyaya bir dəfə gəlirik və həyat kəşf edilməyi gözləyən saysız gözəlliklərlə doludur. Cek Ma
Xoşbəxt olma ehtimalımız onsuz da vücudumuz tərəfindən məhdudlaşdırılmışdır. Bədbəxtliyə alışma xoşbəxtliyə nisbətən daha asandır. İnsan üç müxtəlif yöndən gələn əzablarla təhdid olunur. Bunlardan biri - birbaşa öz bədənimizdən qaynaqlanan və bir müddətdən sonra yoxa çıxmağa məhkum olan, xəbərdarlıq işarəsi şəklində ağrı və təşvişlə birlikdə ortaya çıxan əzablar; digəri - xarici aləmdə meydana gələn, yorucu və amansız zərərlərlə daha da şiddətlənən əzablar; axırıncısı isə, başqa insanlarla münasibətimiz nəticəsində yaranan əzablardır. Məhz axırıncı növ böyük ehtimalla o birilərinə nisbətən ən ağrı-acılı əzablardır. Ziqmund Freyd
Kopernikin Yer kürəmizin Günəş ətrafında yerləşən bir planet olduğu və bütün digərləri kimi Günəşlə işıqlandırıldığı qənaətini qəbul edən bir insan üçün, digər planetlərin də Yer kürəmiz kimi bəzədildiyi və mövcud olduğu təəssüratına qarşı çıxmaq çətindir. Amma biz həmişə belə bir axtarışın sona çatacağına ümid etməyin mənasız olduğunu görərək, təbiətin orada nə edəcəyini araşdırmağın əbəs olduğunu düşünməyə meylli olmuşuq. Lakin bu yaxınlarda bu mövzuda dərindən düşündükcə (özümü keçmişin böyük adamlarından daha ağıllı hesab etmədim, amma əksəriyyətindən sonra sağ olduğum üçün şanslı idim), zehni axtarışımın o qədər də praktik olmadığı qənaətinə gəldim, çünki ehtimal olunan təxminlər üçün kifayət qədər yer olmadığından hədəfə gedən yol çətinliklərlə qapanır. Xristian Hüygens
Mən Quranı hər yöndən araşdırdım. Hər kəlməsində böyük hikmətlər gördüm. Mən bunu iddia edirəm ki, Həzrəti Mühəmməd seçilmiş bir insandır. Belə bir insanın yenidən gəlməsi ehtimaldan uzaqdır. Ey Muhəmməd! Sənin çağdaşın ola bilmədiyim üçün çox kədərlənirəm. Öyrətdiyin və yaydığın bu kitab sənin deyildir. Bu, Allah kəlamıdır. Bu kitabın Allah sözü olduğunu inkar etmək bugünkü elmlərin lazımsızlığını iddia etmək qədər gülüncdür. İnsanlıq sənin kimi seçilmiş bir qüdrəti bir dəfə görmüş, bundan sonra görməyəcəkdir. Hüzurunda tam hörmətlə əyilirəm. [1]Otto fon Bismark
Mən tamamilə güman edə bilərəm ki, qəhrəman bir qadın xilas olmaq üçün qaçarkən sonda dolama və təhlükəli dağ cığırında ola bilər. Az ehtimal olsa da, amma yenə də mümkündür ki, o, uçurum üzərindəki körpüyə ayaq basanda körpü uçacaq. Müstəsna olaraq az ehtimal var ki, o, son anda ot kökündən yapışacaq və uçurumdan asılı qalacaq və mən belə bir imkanla razılaşa bilərəm. Lap çətin olsa da, inanmaq olar ki, yaraşıqlı bir kovboy bu anda oradan keçəcək və bədbəxt qadına kömək edəcək. Amma bu anda kamerası olan operator bütün bu həyəcanlı hadisələri kamerasına çəkməyə hazır olacaq, mən buna inanmaram! Nils Bor
Təbiətin səxavətli əli ilə səpələnmiş bütün heyrətamiz hadisələrdən və hisslərdən, ehtimal ki, təəssüf doğuran sevgidən ayrılmaq olacaqdır. Mixail Zoşşenko