A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bayatıların hər biri bir taleyin uğursuzluğu, bir ömrün eniş-yoxuşu, elin-obanın dərdi-səri ilə bağlıdır. Onların hər biri bir hadisədə yaranıb ağızdan-ağıza keçir, illərin məhək daşına toxunub büllurlaşır, cilalanır, gəlib çağımıza çatır… Ona görə də bu gün biz onlardakı kamilliyə, bütövlüyə, gözəllik və dərinliyə heyran qalmaya bilmirik. Bəxtiyar Vahabzadə
  • Dəvədən soruşdular: "Daha çox nəyi sevirsən - yoxuşu, yoxsa enişi?" Dedi: "Üçüncü bir iyrənclik də var - palçıq." Puştu atalar sözləri
  • Dünya yarandığından belə yazmış. - eniş yoxuş Dünyanı basmış, birin asmış, birin yasmış. (asmış: məhv edmiş). (yasmış: mərhəmət edmiş). Azərbaycan atalar sözləri/D
  • Hər enişin bir yoxuşu var. Assuri atalar sözləri
  • Həyat bir dağdır. Qalxdıqca yuxarıya baxırsan və sən xoşbəxtsən, elə ki, zirvəyə çatırsan, eniş başlayır və irəlidə isə ölüm var və sənin dağa qalxmağın yavaş-yavaş, enişin isə tez-tez olur. ("Əziz dost" romanından). Gi de Mopasson
  • Utopiyanı özündə əks etdirməyən dünya xəritəsinə nəzər salmağa belə dəyməz, çünki o, Bəşəriyyətin daim eniş etdiyi bir ölkəni kənarda qoyur. Bəşəriyyət oraya enəndə çölə baxır və daha yaxşı bir ölkə görüb dənizə çıxır. Tərəqqi utopiyaların reallaşmasıdır. Oskar Uayld
  • Vüsal romantik məhəbbəti göylərdən yerə endirir. Eniş uğursuz olanda məhəbbət ölür. Eniş tədrici olanda məhəbbət yeni formaya – ailə məhəbbətinə keçir. Əbu Turxan

İstinadlar

redaktə