Fənn
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
F
redaktə- Fənnin öyrənilməsi nəticəsində alınmış təhsili təcrübədə möhkəmləndirmək lazımdır. Vəziyyətindən asılı olmayaraq, hökmdardan şübhələnmək lazımdır. Yanınızda olan qızı bəlalardan qorumaq lazımdır. Təhsilə, hökmdara və gənc qıza bağlılıq keçicidir. Çanakya/Hökmdar
H
redaktə- Həqiqətən dil milləti hər şeydən daha gözəl təmsil edir. Millət dil vasitəsi ilə bütün məziyyət və mövcudiyyətini ərz edə bilir. Adəm oğlunun sözü bəzi riyazi və fənni məfhumları andıran əlcəbr və ya kimya əlamətləri kimi ölü hərflər deyildir. Onun qanı, canı vardır. Millətlə bərabər doğar, onunla bərabər yaşar, tərəqqi edər. Məhəmməd Əmin Rəsulzadə
K
redaktə- Kim ki, başqalarını öyrədir, o həm də özü təhsil alır, təkcə ona görə yox ki, təkrar etməklə öz biliyini möhkəmləndirir, həm də ona görə ki, fənni daha dərindən öyrənmək imkanı əldə edir. Yan Komenski
M
redaktə- Məktəb sayəsində, məktəbin verəcəyi elm və fənn sayəsindədir ki, Türk milləti, Türk sənəti, Türk iqtisadiyyatı, Türk şeir və ədəbiyyatı bütün gözəllikləriylə inkişaf edər. Mustafa Kamal Atatürk
- Müəllimin davranış normalarının mahiyyəti ondan ibarətdir ki, o, nə həddindən artıq ciddilik nümayiş etdirməli, nə də son dərəcə mülayim və ya hər şeyə göz yuman olmamalıdır, çünki sərtlik şagirdi müəllimin əleyhinə qaldırır, etikasızlıq müəllimə hörmətsizliyə, tədris etdiyi fənnə və onun elminə laqeyd münasibətə gətirib çıxarır. Fərabi
R
redaktə- Riyaziyyat bir fənn, elm kimi insanın ümumi düşüncə tərzini, təfəkkür mədəniyyətini təkmilləşdirir, onları nizama salır, məntiqi mülahizə etməyə sövq edir, onlarda dəqiqliyi və gətirilən dəlillərin, arqumentlərin hərtərəfli mükəmməlliyini tərbiyə edir.[1][2]Ələddin Allahverdiyev
T
redaktə- Tarix fənninin tədrisində xronoloji ardıcıllıq keçmişdən indiyə yox, indidən keçmişə doğru olmalıdır. Tur Xander