Bir bina tikintisində işləyən bir işçi olaraq ya bütöv planı bilmir, ya da həmişə aydın şəkildə təsəvvür etmir, buna görə həyatının fərdi günlərinə və saatlarına xidmət edən bir insan, ümumi bir fikrə sahib deyil. Artur Şopenhauer
Bunun necə alındığını bilmirəm, amma çox yaxşı bilirəm ki, saxtakarlıqların əksəriyyəti tam olaraq qeyd və hesab kitablarının ən çox olduğu işlərdə baş verir. Dəbdəbəni dəbdəbəli həyata qarşı qanunlarla cilovlamaq əvəzinə, elə bir idarəetmə üsulu yaratmaq lazımdır ki, belə bir dəbdəbə mümkün olmasın. Bu, hər şeyin qanuna tabe edilməsini öyrətmək üçün gözəl vasitədir: vəzifədə olarkən hörmət edilən insanın özəl həyata necə qayıtmasını hamı görür və elə onun özü də nə vaxtsa yenidən fərdi şəxs olacağına və fərdi şəxslərin hüquqlarını qorumağa əmin olur. Jan Jak Russo
Bütün bunları danışarkən öz xoşbəxtliyimizdən imtina edərək, özümüzü ancaq başqalarına həsr etməli olduğumuz fikrindən uzağam. Demək istədiyim odur ki, bu ikisi bir-birini tamamlayır. Əgər yer üzündə sülh və xoşbəxtlik istəyiriksə, hadisələrə daha geniş perspektivdən baxmağı öyrənməli, hər insanın fərdi fəaliyyətinin vacibliyini dərk etməliyik. Dalay Lama
Fərdi eşqim üçün dünyanı verərəm, azadlığım üçün eşqimi də verərəm. Jan Jak Russo
Fərdi ölümsüzlük əlçatmazdır, lakin həyatının uzun olması sənin özündən asılıdır. Fyodor Uqlov
Fərdi səviyyədə qadınlar evdən kənarda işləməlidirlər və mümkündündürsə, ailə qurmamalıdırlar. Mən Sartrla evlənə bilərdim, ancaq bunu etməyərək düzgün qərar verdiyimizə inanıram. Evliliyin qadınlar üçün təhlükəli olduğunu düşünürəm. Simona de Bavuar
Kölə o şəxsdir ki, o, zamana, taleyə və ölümə ibadət edir. Çünki bunlar, o şəxsin öz daxilində tapdıqlarından daha böyük məvhumlardır. O kölənin fərdi düşüncələri bu fikirlər qarşısında məhv olmuşdur. Bertran Rassel
Mən öz dinimi, öz ədəbiyyatımı, öz duyğularımı, kədər və iztirablarımı, dərdlərimi və ehtiyaclarımı düşündüyüm zaman, gerçəkdə özümü düşünürəm. Mənim fərdi deyil, ictimai və tarixi özüm bu mədəniyyətin doğulub ortaya çıxdığı qaynaqdır. Bu səbəbdən mədəniyyət mənim cəmiyyətimin, tarixin varlığı olan quruluşun təcəllisidir, əks olunmasıdır; lakin xüsusi şərtləri olan özünə xas tarixi dövrdə iştirak edən, fərqli mənşəyi olan, maddi, iqtisadi və ictimai quruluşun meydana gətirdiyi xüsusi dərdlərə, düşüncələrə, anlayış və meyllərə alışmış bir cəmiyyətdə bir sıra saxta taktikalar, o cəmiyyətin mədəniyyətini zehnindən silir. Sonra başqa bir zamana və tarixi dövrə, başqa bir iqtisadi sistemə, başqa sosial və siyasi bağlara aid olan mədəniyyəti mənim mədəniyyətimin yerinə yerləşdirir. Artıq mən özümü düşünmək istədiyim zaman, başqa bir cəmiyyətin mədəniyyətini öz mədəniyyətim olaraq düşünürəm, o zaman özümə aid olmayan dərdlərə həmsöhbət oluram. Mənim mədəni, fəlsəfi və ictimai həqiqətimlə uyğunlaşmayan problemlərdən ötəri fəryad edirəm. Nəticədə o cəmiyyətə və o cəmiyyətin sosial, iqtisadi, siyasi və tarixi şərtlərinə aid olan, lakin mənə aid olmayan ideallar və iztirablarla qarşılaşıram. O dərdləri, iztirab və idealları öz dərd, iztirab və ideallarım olaraq görməyə başlayıram. Əli Şəriəti
Sevgi fərdi mövcudluğun hədlərini açır və şüura varlığın bütün ləzzətini gətirir; sevgi ilə həyat özünə heyran olur; sevgi – həyatın apofeozudur. (Apofeoz – bir şəxsi və ya bir hadisəni şöhrətləndirən deməkdir.) Gertsen
Siyasət cəmiyyətin əxlaqi dəyərlərinə təsir göstərdiyi halda, kitab fərdi təsir qüvvəsinə malikdir. [1]Pol Eldric