A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Elm fantaziyanın qanadlarını bağladıqdan sonra qazana bilər. Maykl Faradey
  • Ən cəsarətli fantaziya adi həyatda rast gəlinən qeyri-adi və əcaib halları təsəvvür etmək iqtidarında deyil. Artur Konan Doyl
  • Fantaziya, insanda təbii gücdür. Onu ziyanlı hesab edilən, həddindən artıq keyləşdirib, yaxud inkişaf etdirib sönməyə qoyma. Fyodor Dostoyevski
  • Fantaziya nə qədər güclüdürsə, düşüncə də o qədər zəif olar. Cambattist Viko
  • Fantaziyaların arxasındakı ruhlandırıcı güc həyata keçirilməmiş arzulardır. Hər bir fantaziya başqa bir arzunun həyata keçirilməsi, insanı qane etməyən reallığın onun ürəyincə düzəldilməsidir. Ziqmund Freyd
  • Həssas ürəklərin coşğunluğunu öz üzərində hiss etməyən hər kəs üçün bu coşqunluq bir fantaziya kimi görünür. Sevgiliyə olan sevgidən yüz dəfə qızğın, şirin olan vətən sevgisini də öz üzərinizdə hiss etməsiniz, onu dərk edə bilməzsiniz. Jan Jak Russo
  • Həyat faktları çox adi və bayağıdır. Onları canlandıran bizim fantaziyamızdır. Bu fantaziya paltar zivəsini bərkitmək üçün basdırılan adi dirəklərə insanların arzu və xəyal bayraqlarını bağlayıb yellədir.... Erix Mariya Remark
  • İnama söykənən fantaziyanın sərhədi olmur. Jül Vern
  • İnsanın fantaziyası nə qədər güclü olsa, özü öz gözündə bir o qədər acizləşəcək. Stanislav Eji Lets
  • İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
  • İnsanlar reallığı qeyri-qənaətbəxş hesab edirlər və buna görə də arzularının yerinə yetirilməsini xəyal edərək xəyal dünyasında yaşayırlar. Güclü şəxsiyyət bu istəkləri reallığa çevirir. Zəif adam isə öz dünyasında yaşayır və onun fantaziyaları müxtəlif xəstəliklərin simptomlarına çevrilir. Ziqmund Freyd
  • Mən deyəcəkdim ki, pozğun fantaziyaya malik şəxs pozğundur. Steins;Gate
  • Öz fantaziyanıza sərbəstlik verərək və təkziblərdən qorxmayaraq danışılması mümkün olan yalnız iki mövzu var. Siz yuxuda gördüyünüzü, tutuquşundan eşitdiyinizi danışa bilərsiniz. Məhkəmə şahid ifadəsi vermək üçün nə Morfeyi, nə də tutuquşunu məhkəməyə buraxmaz, dinləyicilər isə sizin hekayənizə irad tutmağa risk etməzdilər. O.Henri
  • Real həyat, necə varsa, mənə xəyal kimi görünməyə başladı. Amma indi ən ağılsız fantaziyalar nəinki gündəlik həyatımın mənasını təşkil etməyə başladı, hətta onlar mənim üçün yeganə və dəyişməz bir varlıq oldular. Edqar Allan Po
  • Rəssamın intim arzuları və fantaziyaları yalnız transformasiya yolu ilə incəsənət əsərlərinə çevrilir, bu arzularda ədəbsiz olanlar yumşalır, onların şəxsi mənşəyi maskalanır və gözəllik qaydalarına riayət olunması nəticəsində başqa insanlara zövqün cazibədar payı təklif olunur. Ziqmund Freyd

İstinadlar

redaktə