A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B redaktə

  • Bəşəriyyət tarixi ideyalar və mənafelər arasında gedən fasiləsiz mübarizədir; bu mübarizədə mənafelər ötəri, ideyalar isə uzun müddətə qələbə çalır.[1] Emilio Kastelyar
  • Bir işlə məşğul olanda, deməyə bir şey olanda danışırlar. Avaralıqda isə fasiləsiz danışmaq tələbatı yaranır. Jan Jak Russo
  • Bu dünyada fasiləsiz olaraq işləyən analar və evdar qadınlardan başqa heç bir işçi yoxdur. Onlar tətilin nə olduğunu bilməyən bir sinifdəndirlər. Anna Morrou Lindberq

D redaktə

  • Dünyada heç kim mükəmməl, yəni tam formalaşmış doğulmur, amma hər cür həyat fasiləsiz hərəkət edən inkişafdan, aramsız formalaşmadan ibarətdir. Vissarion Belinski

H redaktə

  • Həqiqət hər kəsə yaşamaq üçün gərəkdir və onu kimdənsə almaq, nə yollasa əldə etmək mümkün de­yil. Həqiqəti hər kəs fasiləsiz olaraq özü öz içindən yaratmalıdır, əks təqdirdə, insan məhv olar. Həyat həqiqətsiz mümkün deyil. Bəlkə də həqiqət elə həyatın özüdür. Frans Kafka

İ redaktə

  • İnsan zəkası həmişə hansısa bir fəaliyyətə can atır və heç bir halda fasiləsiz istirahətə dözmür. Mark Tulli Siseron

M redaktə

  • Mən qadınlar haqqında son sözümü hələ deməmişəm. "Mən inanıram ki, əgər qadın kütlədən uzaqlaşmağa və ya daha yaxşısı, özünü kütlə üzərinə qaldırmağa müvəffəq olursa, o fasiləsiz və kişidən daha çox inkişaf edir."[2] Artur Şopenhauer

Ö redaktə

  • Özünüzü fasiləsiz olaraq, hətta ən qəmli və kədərli dəqiqələrdə xoşbəxt hiss etmək istəyirsinizsə, olacaqla razılaşmağı bacarmalısınız və sevinməlisiniz ki, bundan da pis ola bilərdi. Anton Çexov

T redaktə

  • Təbiət kədərin fasiləsiz davam etməsinə imkan verməsə də, bəzən insan öz qayğılarından özü azad olmalıdır. Mayn Rid

Z redaktə

  • Zamanla vicdanın satılması ilə fasiləsiz təhqir edilən ruh dayazlaşır, nəcib fikirlərin yayları paslanır, bayağılığın ilgək qarmaqları laxlayır və o özü-özünə fırlanmağa başlayır. Onore de Balzak

İstinadlar redaktə

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.427
  2. Arthur Schopenhauer, The Wisdom of Life, 2010