Günahkar
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıllı özünü günahkar bilər, ağılsız - dostunu. Özbək atalar sözləri
B
redaktə- Başım öndədir bu aralar. Günahkar olduğuma görə deyil! Görülməyə layiq heç bir şey qalmadığından. Cezmi Ərsöz
Ə
redaktə- Əslində insanlar, bəzən günahkar olduqlarını qəbul etdikləri üçün deyil, yalnız qarşısındakı sussun deyə üzr istəyərlər. Paulo Koelyo
G
redaktə- Gülüş, böyük işdir. O, nə can alır, nə də mal-mülk. Amma onun qarşında günahkar bağlı dovşan kimidir. Nikolay Qoqol
- Günahkar adamlar dolama yollarla gedərlər. Fin atalar sözləri
- Günahkar hər sözdən səksənər. Monqol atalar sözləri
- Günahkar məlum deyilsə, dili günahkar elə. Tamil atalar sözləri
- Günahkara vəz oxuyurlar, xatakardan bir çəm tapıb yan keçirlər. Monqol atalar sözləri
H
redaktə- Hamının istifadə elədiyi şeyi mənimsəyən adam günahkar və qanunu pozmuş olur. Məhəmməd peyğəmbər
- Həyatınızin ən yaxşı illəri – yaşadığınız problemlərinin günahının yalnız sizdə olduğuna qərar verdiyiniz zamandır – siz daha valideynləri, ekologiyanı və ya prezidenti günahkar görmürsünüz. Siz dərk edirsiniz ki, öz taleyinizə özünüz nəzarət edirsiniz. Albert Ellis
K
redaktə- Kor yıxılar - əsa günahkar olar. Koreya atalar sözləri
L
redaktə- Laqeyd, kafir, günahkar, diqqətsiz və ya təcrübəsiz bir adama dini xüsusları əhd etmə. Belə adamlara dövlət idarəsini tapşırma. Allahdan qorxmayan məxluqlardan qorxmaz. I Osman
Ö
redaktə- Ölü ilə varlı günahkar olmur. Rus atalar sözləri
P
redaktə- Pis nişançı oxu günahkar bilər, pis hakim - xalqı. Monqol atalar sözləri
R
redaktə- Rəhbərliyin bir günahkar və ya oğru tərəfindən zəmanət altına alındığı bir respublikada şərəfli insanların öldürülməsi və ya həbs edilməsi normaldır... Məni lənətləyin. Bunun heç bir əhəmiyyəti olmayacaq, çünki tarix mənim yanımda olacaq. Fidel Kastro
Ş
redaktə- Şərəfsiz şair poetik istedaddan məhrum olan hər hansı başqa bir şərəfsizdən daha mənfur, daha rəzil və günahkar bir vücuddur. Viktor Hüqo