Gəncə

Azərbaycanda respublika tabeli şəhər

GəncəAzərbaycanda əhalisinə görə ikinci böyük şəhər. Gəncə Kiçik Qafqaz dağlarının şimal-şərqində, Gəncə-Qazax düzənliyində, Gəncə çayın sahilində yerləşir.[1]

Gəncə şəhəri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Arran ərəb adı deyildir. Bu, geniş ölkədir və çoxlu şəhəri vardır. Xalq dilində Gəncə deyilən Gənzə, ŞəmkirBeyləqan onun şəhərlərindəndir. Gəncə möhtəşəm şəhərdir və Arran ölkəsinin paytaxtıdı. — Yaqut əl-Həməvi[2]
  • Bir dəfə əkilmiş torpaq iki və ya üç dəfə bar verir, birinci dəfə hətta birə əlliyə, həm də dincə qoyulmadan, dəmir yox kobud ağac xışla becərilərək, bütün düzənlik çaylarla və başqa sularla BabilistanMisirdəkindən yaxşı suvarılır, bunun nəticəsində isə otlaqlarla doludur. Bundan başqa hava da oradakılardan təmizdir. — Strabon[3]
  • Bu ərazi sonrakı dövrlərdə də öz münbitliyi ilə şöhrət qazanmışdır. Bütün mümkün mənfəətlər üzrə və Qafqaz dağlarının uca dağlarıyla abad və gözəldir. Əzəmətli Kür çayı gur axarıyla özüylə çoxlu böyük və xırda balıqlar gətirir. O, gəzərək axır və Kaspi dənizinə tökülür. Onun düzəngahları taxıl, üzüm, neft, duz, ipək və pambıq kağızıyla boldurlar; zeytun ağaclarının sayı-hesabı yoxdur; dağlarda qızıl, gümüş, mis və sarı buxur çıxarılır.. — Moisey Kalanakatlı[2]
  • Bütün dünya üzündə Gəncə kimi bir şəhər görməmişəm. Behişt rəngli, müşk qoxuludur. Gəncənin suyu gülabdır, torpağı zəfərandır, sərin, səfalı havası vardır. Orada torpaq hər an sanki vəcdə gəlir, oyanmaq istəyir. — Əbdür-Rəzzaq İsfahani[2]
  • Bu şəhər hal-hazırda əcəm əlində olan böyük şəhərdir. Gəncə şəhərində 6000 ev, cümə məscidi, karvansara, imarət, hamam, üstüörtülü abad bazar vardır. Bağlı-bağçalı olan bu şəhər düzənlikdə yerləşir… Gəncənin at nalı, dəmiri də ipəyi kimi məşhurdur. — Övliya Çələbi, Səyahətnamə
  • Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər. — , 977-ci il[4]İbn Havqəl
  • Gəncədən kişmiş gəlir, əppəyi pişmiş gəlir. — Atalar sözü[5]
  • Gəncədən artıq qədim zamanlardan Azərbaycanı Gürcüstan və Ön Asiya ilə birləşdirən yol keçirdi. Bu zəngin ərazidə təşəkkül tapan möhtəşəm və qədim şəhərlərdən biri də Gəncə idi. — Moisey Kalanakatlı[3]
  • Gəncə daim gözəl şəhər olub, onu daha da gözəlləşdirmək lazımdır. Çünki bu şəhərin əsası gözəldir. — Heydər Əliyev[6]
  • Gəncə gözəlləşir, abadlaşır. İndi binalar qədimliyini saxlamaqla milli memarlıq üslubunda təmir edilir, küçələr genişlənir, gözəl bərpa işləri aparılır. Bu, çox önəmlidir. — İlham Əliyev[6]
  • Gəncə şəhəri Şamaxıdan 50 lye məsafədədir, dörd dəfə Şamaxıdan böyükdür, onda daş binalar çoxdur, əksəri iki mərtəbəlidir, qəşəng bazarları və böyük karvansaraları, valinin böyük və geniş sarayı var. Şəhər ərazisindən gözəl çay axır, orada çoxlu bağlar, yaxşı şərab və bol meyvə var. Belə ki, şəhər Şərqin ən əhəmiyyətli şəhərlərindən biri sayıla bilər. Bu məlumatları mənə həmin şəhərdə yaşayan fransız missioneri və bir neçə gürcü vermişdir. — Səyyah Korneli de Bruin[7]
  • Gəncə gözəl, bərəkətli, abad və cəmiyyəti çox olan şəhərdir. Onun əhalisi comərddir, bəyənilmiş və pak adətlərə yiyələnmişlər. Davranışları xoşdur. Qəribləri sevirlər. Alimləri dost tuturlar. — İbn Hövqəl, "Surətül-ərz" əsəri[2]
  • Gəncə istehkamları olan Arran şəhərlərindəndir və şəhər gürcülərə yaxın olduğundan müsəlmanların sərhədyanı qalalarındandır. Çox bərəkətli və çörəkli şəhərdir… — Əbdürrəşid əl-Bakuvi[2]
  • Mən xoşbəxtəm, qəlbimi böyük qürur hissi doldurur ki, Gəncədəyəm. Bura Nizaminin Vətənidir, bura Heydər Əliyevin Vətənidir. Məni çox sevindirdi ki, Nizaminin yurdu belə inkişaf edir, belə yüksək səviyyəli mədəniyyətiniz var. Belə xorunuz, belə səviyyəli kamera orkestriniz var. Şəhərdə filarmoniya fəaliyyət göstərir. Təəssüratlarım zəngindir. Belə yüksək əhval-ruhiyyəyə görə Sizə, dahi şairin həmyerlilərinə minnətdarlığımı bildirirəm. — Roza Otunbayeva.[8]
  • O ki, qaldı şəhərin təhvil verilməsinə, xam xəyaldan əl çək, Gəncəyə yalnız meyidimin üstündən keçə bilərsən. Bildin? Mən öləndən sonra. Özgə cür yox! — Cavad xanın Sisianova məktubundan
  • Şəhərin bir mənzilliyində Xirək (Hacıkənd) qalası yerləşir. Onun ətrafında ətirli otlar, sular və bağlar boldur. Yayda orada hava çox gözəl olur. Hər Gəncəli ailəsinin öz evi var və istilər sovuşana kimi camaat orada qalır. Gəncə əyanlarının mülkləri isə lap əladır. Gəncə Daruran (indiki Gəncəçayı) adlı çayın üstündədir, başlanğıcını Murov adlı dağdan götürür. Bu dağda əl-mavz adlanan bitki var, dünyanın başqa heç bir yerində ondan yoxdur… qara ciyərin xəstəliyini sağaldır. — Zəkəriyyə Qəzvini[2]

İstinadlar

redaktə
  1. "GƏNCƏNİN TARİXİ". gence-teatr.com. İstifadə tarixi: 15 oktyabr 2017.
  2. 2,0 2,1 2,2 2,3 2,4 2,5 www.ens.az (8 mart 2019). "Qədim Gəncə şəhəri dahilərin gözü ilə" (azərb.). Elnur Həsən. İstifadə tarixi: 2020-03-08.
  3. 3,0 3,1 www.ganja.az. "Gəncənin Tarixi" (azərb.). İstifadə tarixi: 2020-03-16.
  4. "Gəncənin yaşı və «Gəncə» sözünün etimologiyası". kur.ia.com. 18 iyun 2011. İstifadə tarixi: 10 iyun 2018.
  5. Atalar sözləri. Bakı, "Nurlan", 2013, səh.190.
  6. 6,0 6,1 azertag.az (02.11.2016). "Tarixi simasını qoruyub saxlayan Gəncə müasir şəhərə çevrilib" (azərb.). Rauf Hacıyev. İstifadə tarixi: 2020-03-16.
  7. ganja-ih.gov.az. "Coğrafi mövqeyi" (azərb.). İstifadə tarixi: 2020-03-16.
  8. ganjanews.az (20/06/2018). "Gəncə haqqında dünya liderlərinin fikirləri" (azərb.). İstifadə tarixi: 2020-03-16.