A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • (Atomların təsadüfi hərəkətindən dünyanın yaranması haqqında Epikürün nəzəriyyəsi haqqında): Əgər latın əlifbasındakı iyirmi bir hərfdən çoxlu düzəldib sonra yerə atsaq, onlardan o dəqiqə “ Annalı” Enniya sözlərinin alınacağına və sonra onları oxumağın mümkün olacağına niyə də inanmayaq? Mark Tulli Siseron
  • <...> daha уаxşı olar ki, ərəb əlifbasını ləğv edək. Аvropa yazı üsuluna keçək, yəni soldan saga yazaq, nöqtələri işlətməyək. Latın yazısında olduğu kimi əlifbaya sait səslər üçün hərflər də daxil edək. Mənim belə təklifim İstanbul alimlərinin və vəzirlərinin xoşuna gəlmədi. Və mən öz məqsədimə nail olmayaraq, mükafat olaraq Məcidiyyə ordeni alıb geri qayıtdım. (İstanbuldaki apardığı müzakirə haqqında şərhi)[1] Mirzə Fətəli Axundov
  • Elə ifadələr var ki, az qala iri hərflər kimi adamın gözünə girir və onlardan ən böyüyü — nifrət və düşmənçilikdir. Uilyam Qoldinq
  • Əgər mən hərfləri tanımadan oxumaq istəsəydim, bu cəfəngiyyat olardı. Bu qayda ilə, əgər mən şeylərin başlanğıcları haqqında təsəvvürə malik olmadan təbiət hadisələrini mühakimə etmək istəsəydim, bu da cəfəngiyyat olardı. Mixail Lomonosov
  • İnsanlar da kitab kimidir: hərflər eynidir, məzmun isə müxtəlif. Gi de Mopasson
  • Kitab hələ müqəddəsdir mənim üçün... Söz hələ vacib və hərf hələ müəmma. Əlif Şəfəq
  • Nöqtə, hər zaman bir son demək deyil. Bəzən özündən sonrakı hərfin böyük olacağını göstərir. Adam Faver
  • Övladını Quran oxumağa göndərən valideynə hər öyrənilən 1 hərf üçün 10 savab verilər. Məhəmməd
  • Savadsız uşaqlar hərfləri, tərbiyəsiz adamlar isə işləri qarışdırırlar. Pifaqor

İstinadlar

redaktə
  1. Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 38
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.315.