Henrix Heyne
(Heyne səhifəsindən yönləndirilmişdir)
Henrix Heyne (1797–1856) — Alman şairi.
Henrix Heyne | |||
Doğum tarixi | 13 dekabr 1797 | ||
Doğum yeri | Düsseldorf | ||
Vəfat tarixi | 17 fevral 1856 | ||
Vəfat yeri | Paris | ||
Dəfn yeri | Monmartr qəbiristanlığı | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıllı adamlar yeni ideyalar irəli sürürlər, axmaqlar isə onları yayırlar.
- Ağıllı hər şeyi görə bilir, axmaq hər şeyi görür, lakin hər şeyə bir bəhanə gətirir.
- Alman dili əslində çox zəngindir, lakin alman danışıq dilində biz bu sərvətin yalnız onda birindən istifadə edirik; ona görə belə çıxır ki, guya biz dil sarıdan kasıbıq; Fransız dili əslində çox zəngin dil deyil, lakin fransızlar onun demək olar ki, bütün imkanlarından istifadə edə bilirlər; buna görə onların dili söz sarıdan zəngin görünür.
- Almazı ancaq almaz cilalaya bilər.
- Arvadım və tutuquşum olmasaydı, çoxdan intihar edəcəkdim.
B
redaktə- Baharın cazibəsi ancaq qışda bilinir və sən sobanın yanında oturub ən yaxşı may mahnılarını bəstələyirsən.[1]
- Bir şair deyirdi: "Birinci şah xoşbəxt döyüşçü idi!" İndiki maliyyə sülalələrimizin yaradıcılarına gəlincə, bəlkə də prozaik şəkildə deyə bilərik ki, birinci bankir xoşbəxt fırıldaqçı olub.
- Biz almanlar yalnız qıza pərəstiş edirik və bizim şairlər yalnız onu tərənnüm edir, fransızlarda əksinədir, yalnız ərdə olan qadın həyatda və incəsənətdə sevgi predmeti olur.
- Böyük şairlərin əsərlərində ikinci dərəcəli surətlərə, demək olar, rast gəlinmir; hər bir obraz əslində baş qəhrəmandır.
- Bütün sağlam adamlar həyatı sevirlər.
Ç
redaktə- Çünki mən özüm belə bir müqəddəs ruhun cəngavəriyəm.
D
redaktə- Din və əxlaq, əslində, ikisi də xüsusiyyətləri baxımından bir bütünün tamamlayıcısı olan iki parçasıdır.[2]
- Dünyanın kamilliyi həmişə onu təfəkkür edən ruhun kamilliyinə adekvatdır. Yaxşı yer üzündə özünə cənnət tapır, pis artıq cəhənnəmini burada dadır.
- Düşmənlərimizi bağışlamalıyıq, amma asılmamışdan əvvəl deyil.
Ə
redaktə- Əməklə məşğul olmayan bir adam həqiqi xoşbəxtlik ləzzətinin nə olduğunu heç vaxt anlaya bilməz.
H
redaktə- Hakimlər gəldi-gedərdi, yalnız xalq ölməzdir.
- Heç bir qanuna tabe olmamaq özünü xilasedici müdafiədən məhrum etmək deməkdir, çünki qanunlar bizi təkcə başqalarından deyil, özümüzdən də müdafiə etmək üçündür.
- Hərçənd qadınlar dünyanı idarə edirlər, lakin tarixçilər yalnız kişilərin adlarıni çəkirlər.
- Həyat və azadlığa yalnız onların uğrunda hər gün döyüşə getməyə hazır olanlar layiqdirlər.
K
redaktə- Keçmiş insan ruhunun vətənidir. Ona görə də biz tez-tez nə vaxtsa keçirdiyimiz hisslərin, hətta nə vaxtsa duyduğumuz qəm-kədərin həsrətini çəkirik.
- Kitab insanların aynasıdır.
- Kitabların yandırıldığı yerdə insanlar da yandırılır.
Q
redaktə- Qadınlar tarix yaradırlar, baxmayaraq ki, tarix yalnız kişilərin adlarını xatırlayır.
- Qadınlarda ikinci sevgi olmur; onların təbiəti bu hissin qorxulu sarsıntısını iki dəfə yaşamaq üçün olduqca incədir
- Qəlb dənizə bənzəyir: fırtınaları, sakit zamanları və daşqınları vardır. Bəzən də dərinliklərində incilər gizlədir.[3]
M
redaktə- Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar.
- Mənəviyyat ürəyin ağlıdır.[4]
- Millətlərin adətləri müxtəlifdir, amma yaxşılıq hər yerdə eynidir.
- Musiqi nədir? Düşüncə və görünüş arasında bir yer tutur; şəfəqdən əvvəl vasitəçi olaraq ruh və maddə arasında dayanır; hər ikisi ilə əlaqəli, bunlardan fərqlidir: ölçülmüş zamana ehtiyacı olan bir ruhdur; bu materiyadır, amma boşluq olmayan maddə
Ö
redaktə- Ölüm həyatın son sözü olduğu kimi, musiqi də incəsənətin son sözüdür.[5]
- Özünə məftun donuz olmaqdansa, bədbəxt adam olmaq yaxşıdır.
S
redaktə- Sevgi nədir? O, ürəkdə diş ağrısıdır.
T
redaktəY
redaktə- Yuxu — ən gözəl ixtiradır.