A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətən, iddiaların sakit təvazökarlığını həqiqi elm müşayiət edir. Amma, o yerdə ki, hər cür ziddiyyəti təkəbbürlü və məhkəmə üsulları ilə boğmağa çalışırlar, o yerdə həqiqi elm yoxdur. Dmitri Mendeleyev
  • Alqışları ən sakit şəkildə alan alqışa layiqdir. Ralf Uold Emerson
  • Ancaq iki növ bədbəxtlik var, biri "uyğun", digəri yox. O, özündə olmayan bir şeyi istədiyi üçün kədərlənir və məyus olur: və bu faydalıdır, çünki bu, mübarizə aparmaq və qalib gəlmək üçün bir stimul və ya motivasiya təşkil edir. Sakit və ya laqeyd olsaydı, heç vaxt özündə olmayanı tapmağı öhdəsinə götürməzdi. Əks halda, depressiyaya düşər, dünyaya qəzəblənər, əziyyət çəkər və arzuladığı şeyləri əldə etməyə heç bir yol tapa bilməz. Albert Ellis
  • Başımın üzərində qara buludların toplandığını hiss edə bilərəm. Məni, çarın və bütün Rusiyanın qarşısına çıxacaq faciəli bir gələcək görürəm. Dəhşətli əzablar içində öləcəyəm. Ölümdən sonra bədənim sakit olmayacaq. Sonra, xanım, tacınızı itirəcəksiniz. Siz və uşaqlarınız, bütün ailəniz də öldürüləcək. Rusiya qaranlığa qərq olacaq və şeytanın əlinə düşəcək. Qriqori Rasputin
  • Başıyarım qabda su da şappıldayar, qab da yırğalanar, dolu qabda su sakit durar, qab da sanballı Tamil atalar sözləri
  • Bədən üçün ən yaxşı müalicə sakit bir ağıldır. Napoleon Bonapart
  • Bəzən, yenə də deyirəm, o, bizim hesabımıza köhnə sakinlərə təsir göstərməyə cəhd edirdi. Amma mənə elə gəlir ki, şüurunun hansısa səviyyəsində Rut hesab edirdi ki, bunu bizim hamımızın adından edir. Və yaxın rəfiqə kimi vəzifəm ona sakit dəstək verməkdən ibarət idi. Sanki o səhnədə çıxış edir, mən isə birinci cərgədə oturmuşam. İşiquro Kazuo
  • Bir çox sakit çaylar səs-küylü şəlalələrlə başlayır və heç biri dənizə qədər dalğalanmır və köpüklənmir. Amma bu sakitlik çox vaxt böyük, baxmayaraq ki, gizli gücün əlamətidir: hisslərin və düşüncələrin dolğunluğu və dərinliyi çılğın impulslara imkan vermir; iztirab çəkən və həzz alan ruh hər şeyin ciddi hesabını verir və əmindir ki, belə olmalıdır; o bilir ki, tufanlar olmasa, günəşin daimi istisi onu qurudar. Mixail Lermontov
  • Bir işim olmayanda, mənim hərəkətsizliyimdə, suları sakit olan dəniz sahilinin axşamı kimi, dərin bir sükunət və asudəlik var. Rabindranat Taqor
  • Çay nə qədər dərin olsa, o qədər sakit axar. Rus atalar sözləri
  • Çayların ən sakit yerini ən dərin yerlərində, insanların ən səmimisini isə təvazökarların arasında axtarın. Po Çü
  • Dəniz sakit olduğu zaman böyük dalğalar qayalara çarpmaz. Seneka
  • Dərin çaylar sakit olur, bilən adam - başıaşağı. Monqol atalar sözləri
  • Din sadə insanları sakit saxlamaq üçün əla şeydir. Din yoxsulları varlıları öldürməkdən saxlayan şeydir. Napoleon Bonapart
  • Düşüncəni azad et. Formasız, Ölçüsüz ol, su kimi. İndi suyu bir fincana töksən, o fincan olar, Çay dəmliyə töksən, o zaman çay dəmliyi olar. Bax, su həm sakit axa, həm də dağıda bilər... . Su kimi ol dostum. Brüs Li
  • Düz yerdə su sakit axır. Assuri atalar sözləri
  • Ermənilər dünyanın ən pis ağ dərili nökərləridir. Onlar şərəfsizdirlər. Onların oğruluqları çox məşhurdur. Onlar yalnız qorxu və kötək altında sakit olurlar. Adam Mets
  • Evlilik sakit bir liman deyil, tanış olmayan dənizlərdə səyahətdir. Edit Uorton
  • Əgər sakit ölüm arzulayırsansa, eyni bir həyat sür. Pifaqor
  • Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
  • Ən böyük hadisələr ən səs-küylü yox, ən sakit halda baş verir. Fridrix Nitsşe
  • Əsəbləri sakit olan adamın bədəni də sağlam olar. Con Kolenso
  • Gecənin kabusu təzə açılmış səhər işığından qaçıb gizləndiyi kimi, hüzn, can sıxıntısı, şıltaqlıq və boş arzular da əməyin açıq və sakit simasından qaçıb gizlənir. Konstantin Uşinski
  • Güclü, sakit insan həmişə sevilir və hörmət edilir. O, susuz ölkədə kölgə salan ağaca, tufanda sığınacaq daşına bənzəyir. "Rahat qəlbi, şirin xasiyyətli, balanslı həyatı kim sevməz? Yağış yağsa da, yağmasa da, bu nemətlərə sahib olanlarda hansı dəyişikliklərin olmasının fərqi yoxdur, çünki onlar həmişə şirin, və sakitdirlər. Sakitlik dediyimiz xasiyyət nizamlı mədəniyyətin son dərsi, ruhun bəhrəsidir. O, müdriklik qədər qiymətlidir, qızıldan, bəli, hətta zərif qızıldan da arzuolunandır. Sakit həyat - Həqiqət okeanında, dalğaların altında, tufanların əli çatmayan, əbədi sakitlikdə yaşayan bir həyat! Ceyms Allen
  • Haqqımda düşündükləriniz vecimə deyil. Jurnalistlər tez-tez sözlərimi təhrif edirlər, amma mən bunu sakit qarşılayıram artıq. Belə bir söz var, eşitmisiz? “Mürəkkəblə əlləri yumazlar”. Müsahibə verərkən, həmişə bu sözü xatırlayıram. Lars fon Trier
  • "Hə ölüm bu imiş sən demə!"

O, bu sözləri ölüm ayağında çox sakit halda demişdir. Tomas Karleyl

  • Heç bir eqoist həyəcan, gözəl və sakit təbiətin sakitləşdirici, cazibədar təsirinə mane ola bilməz. Lev Tolstoy
  • Həqiqət həmişə sakit və təvazökardır. Bualo
  • Xalq quduzlaşmış sürü deyil ki, onu zəncirdə saxlayasan. Azadlıqda həmişə sakit və təmkinli olan xalq onu alçaldan və təhqir edən başçının əli altına düşdükdə təlatümə gəlir, qəzəblə ona öz nifrət və həqarətini bildirir. Onore Mirabo
  • Xoşbəxt həyat əhəmiyyətli dərəcədə sakit həyatdan ibarət olmalıdır. Çünki, həqiqi sevinc yalnız sakit mühitdə mövcud ola bilər. Mark Tven
  • İnsan o dərəcədə sakitləşir ki, özünü təkamül yolu ilə təfəkkür edən varlıq kimi başa düşsün, çünki belə bilik başqalarının düşüncənin nəticəsi kimi dərk edilməsini zəruri edir və o, düzgün dərk etdikcə, əşyaların daxili münasibətlərini getdikcə daha aydın görür. Səbəb-nəticənin hərəkəti ilə o, təlaşa və tüstülənməyə, narahatlığa və kədərlənməyə son qoyur və təmkinli, möhkəm, sakit qalır. Ceyms Allen
  • İnsan zəkası "acgözdür": o, yerində sakit dura bilmir, daim irəliyə - ona məlum olmayan ənginliklərə can atır və onu bu yürüşdən heç nə saxlaya bilməz. Frensis Bekon
  • İnsanın səsi heç vaxt vicdanın sakit, alçaq səsi çatan yerə çata bilməz. Mahatma Qandi
  • Qocalıq, kədərlənmək, dərd-qəm çəkmək üçün yaradılıb. Amma o kifayət qədər ağıllı olmalıdır ki, bütün bu kədəri, qəm-qüssəsini sakit keçirə bilsin. Volter
  • Qəlb dənizə bənzəyir: fırtınaları, sakit zamanları və daşqınları vardır. Bəzən də dərinliklərində incilər gizlədir.[1] Henrix Heyne
  • Məhəbbət nə qədər təmkinli və sakit olarsa, o qədər də çox davam edər. Adət onu möhkəmləndib bütün həyat boyu saxlayır. Vissarion Belinski
  • Mən duelleri ümumiyyətlə qəbul etmirəm. əgər hər-hansı kişi məni duelə çağırmağa cəhd edərsə sadəcə onun qolundan tutub, onu sakit yerə apararaq, sakitcə öldürərəm. Mark Tven
  • Müdrik insan öz ədalətini sakit və qəzəbsiz müdafiə edər. Axmaq haqlı olanda qışqıraraq onu müdafiə edir, olmayanda təhqirlər yağdırır. Karl Veber
  • Öz yükünü sakit şəraitdə, günəşli gündə çəkməyənlər qarda-boranda tələm-tələsik çəkmək zorundadırlar. Əbu Turxan
  • Sakit adam hamıya üstün gələr. Fin atalar sözləri
  • Sakit getdi - çatdı, tələsdi - yolunu azdı. Başqırd atalar sözləri
  • Sakit insan, özünü idarə etməyi öyrənərək, özünü başqalarına necə uyğunlaşdırmağı bilir; onlar da öz növbəsində onun mənəvi gücünə pərəstiş edirlər və hiss edirlər ki, ondan öyrənə və ona arxalana bilərlər. İnsan nə qədər sakit olarsa, onun uğuru, təsiri, xeyir üçün gücü bir o qədər böyük olar. Ceyms Allen
  • Sakit it hürmür, amma qapır. Başqırd atalar sözləri
  • Sakit köləlikdən təhlükəli azadlığa üstünlük verirəm. Qai Korneli Tasit
  • Sakit ölüm istəyirsənsə, sabit həyat keçir. Pifaqor
  • Sakit pişik quyruğun böyüyünü sürükləyər. Lak atalar sözləri
  • Sakit şəkildə və ya özünə inamını itirmədən demək olar ki, təhsil hər şeyi dinləmək qabiliyyətidir. Robert Li Frost
  • Siyasətçi insanlara təsir etmək üçün 12 qaydanı ustalıqla tətbiq etməyi bacarmalıdır:
  1. mübahisədə qalib gəlmək istəyirsənsə, rəqibinin əleyhinə çıxma;
  2. müsahibinin fikirlərinə hörmətlə yanaş və səhvlərini üzə vurma;
  3. öz səhvini başa düşdükdə, bunu səmimiyyətlə etiraf et;
  4. sakit tərzdə söhbət etməyə çalış;
  5. hikkə və qəzəbə yol vermədən müsahibindən müsbət cavablar qoparmağa cəhd elə;
  6. qarşındakına danışmaq imkanı ver, tez-tez sözünü kəsmə;
  7. öz fikirlərini ona zorla qəbul etdirməyə çalışma;
  8. heç kəslə bağlı tərəfkeşlik etmə;
  9. müsahibinin dərdlərinə şərik olmağa çalış;
  10. öz ehtiras və duyğularını nəzarət altında saxla;
  11. qarşındakının həm gözünə,həm də düşüncələrinə nüfuz etməyə çalış;
  12. öz əsas fikrini hiss olunmadan ona təlqin etməyə səy göstər. Deyl Karnegi
  • Sizdə işləyənlərin həddindən artıq sakit yaşamalarına imkan verməyin. Həmişə onların sizdən gözlədiklərinin əksini edin. Qoy həmişə həyəcanlı olsunlar və geriyə baxsınlar. Henri Ford
  • Suyun sakit axanından qorx, iti axanından yox. Əfqan atalar sözləri
  • Şöhrət, bizi qaldıran və ya aşağı salan, sakit halda isə elastikliyini itirən bir yay kimidir. Pyer Büast
  • "Türklərdən bəhs edirəm... Düşməninə hücum edərkən amansız bir qasırğaya, qorxunc bir dənizə və insafsız bir ildırıma bənzəyən Türk;dost yanında və silahsız düşmən qarşısında bir səhər yelidir, sakit bir göldür. Türkü incitdiyin zaman könül açan bu yel bir ildırıma, göz qamaşdıran bu göl coşqun bir dənizə çevirilir". Torkvato Tasso
  • Uşaqlarla oynamağı və söhbət etməyi sevirəm... onlara yemək vermək və nağıl danışıb yatızdırmaq...ailədən uzaq olmaq mənim həyatımın acısıdır.. həyat. Mən evdə istirahət emtəyi, sakit oxumağı, dibçəklərdən gələn gözəl ətirləri qoxmağı, ailəmlə bir masada əyləşmək və yoldaşımla uşaqları gəzdirməyi çox sevirəm. Belə sadə şeylərdən zövq ala bilmirsinizsə sizin həyatınız dəyəri əlinizdən alınıb və siz bunu gündəlik işinizdə hiss edirsiniz. Nelson Mandela
  • Yaxşı bir qadınla ailə qurmaq fırtınada sakit bir liman, pis bir qadınla ailə qurmaq isə sakit bir limanda fırtınadır Yan Peti San
  • Yalan həmişə sürünən kimi sakit olsa da, heç vaxt düz olmayan bir gürzə kimi əsir; yalnız öləndə düzdür və özünü göstərmir. Martin Lüter
  • Yalanı kifayət qədər sakit qəbul edirəm. Yalnız səhvlər məni əsəbiləşdirir. Samuel Batler
  • Yeməyə öyrəşən ağızla, döyməyə öyrəşən əl heç vaxt sakit olmaz. Malayal atalar sözləri
  • Zaman-sakit həyatı sevən insanların düşmənidir. Maksim Qorki

İstinadlar

redaktə
  1. Aforizmlər. Bakı, 2013. səh.126.